Futbolla kütlələri əldə etmək
Suriyada, İraqda, Yəməndə, Liviyada aclıqdan, xəstəlikdən vəfat edən yüzlərlə insan var. Darvinizmə, materializmə qarşı elmi mübarizə aparmaq, Quran möcüzələrini izah etmək, Quran paylamaq, insanların ehtiyaclarını ödəmək, İslama böyük xidmətlər göstərmək imkanı olduğu halda, zəngin müsəlman ölkələrin futbol komandalarına yüklü miqdarda pullar xərcləməsi vicdana uyğun deyil.
Ronaldo bizim təsvir etdiyimiz İslam anlayışına yəni müasir İslam anlayışına, səhabə İslam anlayışına qaçaraq gəlir.
Fənərbaxça, Beşikdaş, Qalatasaray tərəfdarları ―onlar da bir-birlərini çox sevsinlər. Döyməyə, söyməyə, kəsməyə, asmağa, təhqirə nə ehtiyac var? Bu dəhşət iman zəifliyindən qaynaqlanır. Futbol komandası tərəfdarlarına sevgi, mərhəmət, şəfqət baxımından təhsil vermələri lazımdır. Hər yerdə xüsusi söhbətlər təşkil edilməlidir. “Sevgi günləri” adlı gün təşkil etmək lazımdır. Bir-birilərinə isinmələri üçün yığıncaqlar təşkil etmək lazımdır.
Beşikdaş, Fənərbaxça, Qalatasaray gəncliyi Türkiyə üçün aktiv bir gücdür. Yəni, dünyanı hərəkətə gətirəcək güclərdir. Vətənə, millətə, bayrağa sədaqətdə, Türkiyənin bölünməzliyini müdafiədə əsaslı bir gücdür.