AXIRZAMANDA QAN AXIDAN DƏCCALDIR. HZ. MEHDI (Ə.S) DƏCCALIN SEL KİMİ AXITDIĞI QANI DAYANDIRMAĞA GƏLƏCƏKDİR
Quranda müdhiş azadlıq vardır. Quranda bildirilən haramlar çox azdır. Quran əxlaqı dünyaya hakim olduğunda insanlar çox azad və gözəl yaşayar.
Bütün həyatımıza hakim tək güc Allahdır. İnsanların böyük hissəsinin iman etməməsi möminlərin təhsili üçün xüsusi yaradılmış vəziyyətdir.
Allah üçün sevgini dünyaya hakim etmək çox asandır. Önümüzdəki illərdə dünya bu gözəlliyə şahid olacaq inşaAllah.
Möminin ən əhəmiyyətli xüsusiyyəti, yanında olanda heç bir sıxıntı və çətinlik hiss edilməməsidir. Mömində "salam" sifəti tam təcəlli edər. Cənnətin də ən əhəmiyyətli xüsusiyyəti salamdır, güvənin hakim olmasıdır.
Möminlərin təmizliyi ilə münafiqlərin çirkliliyi arasında cənnətlə cəhənnəm kimi fərq var. Möminlərin olduğu hər yerdə nəzakət, keyfiyyət, təmizlik, gözəllik və yaxşılıq hakim olar. Münafiqlər isə murdarlıq, çirkinlik, iyrənclik, alçaqlıq içində sürünürlər.
Dünya metafizik mühitdir. Dünyanın ən başından ən sonuna qədər şeytanla möminlərin elmi mübarizəsi var və davam edəcək. Bu mübarizədə şeytan komandasının batil peyğəmbəri olur, möminlərin də haqq peyğəmbəri olur. Dəccal, şeytan komandasının saxta peyğəmbəridir. Möminlər sevgiylə, sülhlə, elmlə, irfanla din əxlaqının gözəlliyini dünyaya hakim edərlər. Dəccaliyyət isə qan tökərək zülmü hakim etmək üçün məşğul olar. Dəccaliyyət zahirən möminlərə nisbətən daha böyük və güclü kimi görünməsinə baxmayaraq taledə məğlub olmuş olaraq yaradılmışdır.