MÜNAFİQLƏR HZ. MEHDİ (Ə.S)-A QARŞI KİN DOLU OLACAQDIRLAR
Yusif surəsi, 5 (başqasını qısqandıracaq, həsəd aparmasına səbəb olacaq şeyin gizli saxlanılması daha yaxşı olar)
Xəsislik və həsəd hisslərindən uzaq olmaq
Allah münafiqlərə lağ etmək, söyüş söymək, murdarlıq vermişdir. Bu lağ etmək təkcə münafiqin öz canını yandırar, möminə isə şəfaya vəsilə olar. Lağ edənlər həsəd içində olduqları üçün qaranlıq dünyada yaşayarlar. Lağa qoyulan şəxs isə həmişə daha gözəlləşər. Bu Allahın gizli sənətidir.
Qısqanan insanın qısqanclığı davam etdikcə çirkinləşər, çökər, vücudu məhv olar, xərçəng olar, qısqanılan da sağlamlıq qazanar, gümrahlaşar. Qısqananın çökməsi, qısqanılanın da tam əksinə gəncləşməsi Allahın elmidir, bunu bəziləri bilmədiyi üçün həmişə sıxıntı içində yaşayırlar.
Qız dostlarımın gözəlliyi, nəzakəti, ehtirası, nurları, təmizlikləri, imanları qısqanc insanları çox qəzəbləndirir. Möminlərin gözəlliyi pis əxlaqlı insanlar üçün bir növ əzabdır. Onlar qısqandıqca möminlər üzərindəki nemət daha da artar.
Soyuq, dindən pul qazanan “din texniki” olan insanları xalq sevmir və etibar etmir. Bu da bəhsi keçən insanların həsəd aparmasına səbəb olur. “Din texnik”ləri öz tənhalıqlarını qəzəblə qarşılayıb digər müsəlmanların da tənha qalmasını istəyirlər. Allah bunlara müvəffəqiyyət verməz.
Sevgisiz insanları əsil narahat edən və həsəd aparmalarına səbəb olan dekolte deyil, dostlarımın mənə olan böyük sevgisi və sədaqətidir. Bir çox kanalda əyləncə, söhbət proqramı var, qadınlar həmişə dekoltelidir, heç kim onlarla maraqlanmır. Dostlarımın sevgisinə həsəd aparırlar.
Həsəd aparanlar və qısqananların nifrət dolu dünyaları təkcə özlərinə zərər verər. Müsəlmanları isə daha sevindirər, gözəlləşdirər.