HZ. MUSANIN ƏSASINI VƏ HZ. ADƏMİN TABUTUNU HZ. MEHDİ (Ə.S) ORTAYA ÇIXARACAQ
Mehdiyyət hz. Adəmə, hz. İbrahimə, hz. İdrisə verilən səhifələrdə hz. Musaya, hz. Davuda, hz. İsaya endirilən kitablarda var. Bu mehdiyyətin haqq olduğunun sübutudur.
Mehdiyyətin İsrail mənbələrində olması mehdiyyətin Allahın bildirdiyi haqq mövzu olduğunun sübutudur. Mehdiyyət hz. Adəmdən bəri bütün dinlərdə var.
Hz. Adəm bütün insanlarla birlikdə kainatın yaradılmasından əvvəl zər aləmində yaradılmış sonra cənnətdə var edilmiş, sonra dünyaya göndərilmişdir.
Zər aləmində bütün insanlar hz. Adəm və bütün peyğəmbərlər qüsursuz tam insanlar olaraq mövcuddur və Allaha əhd verirlər. Kainat sonra yaradılır. Hz. Adəm və Həvva zər aləmində mövcuddurlar, cənnətdə olurlar və daha sonra dünyaya göndərilirlər. Dünyada təkamüllə mərhələ-mərhələ inkişaf yoxdur. Quranda təkamül olduğunu iddia edənlər zər aləmində insanların hamısının mövcud olduğunu görməzlikdən gəlirlər. Səmimiyyətsizlik etməmələri lazımdır.
Hz. Adəm cənnətdən dünyaya tam insan olaraq göndərilir, təkamüllə mərhələ-mərhələ yaranma deyə bir şey Quranda yoxdur.
Çilə əhli olan insanlar mükəmməl sənətçi olurlar. Qaraçılar da buna görə çox yaxşı sənətçidirlər. Qaraçı olmaq şərəfdir, gözəllikdir. Qaraçı, zənci deyildikdə, təhqir kimi başa düşürlər. Qaraçı da, zənci də gözəllikdir. Hamımız hz. Adəmin övladıyıq.
Oktyabr 26 2017, 20:01