MEHDİ (Ə.S) ZÜHUR ETMƏDƏN ƏVVƏL MİSİRDƏ QURULAN BİR REJİM İLƏ YƏHUDİLƏR ƏRƏB DÜNYASINDAN XARİC OLUNACAQLAR
Samiri, Hz. Musa və möminlərə xəyanət etdikdən sonra səhrada tək baş��na sürünərək yaşadı. Tək başına çöldə sürünərkən də "azadam mən" deyə axmaq kimi sürünməyi azadlıq sanırdı. Münafiq bu cür axmaq və ağılsızdır. Qorxunc dərəcədə qanmaz və səfehdir, amma özünü azad zənn edər.
Müsəlmanların imtahanı üçün güclü dəccaliyyət gərəklidir. Möcüzə olansa iman edənlərin məhdud imkanlarına baxmayaraq dəccaliyyəti məhv etməsidir. Hz. İbrahim kiçik güclə bütün Nəmrud ordularını məğlub etdi, eyni şəklidə Hz. Musa və Peyğəmbərimiz də. (Ali İmran surəsi, 196-197: Qoy kafirlərin diyarbədiyar gəzib dolaşması səni aldatmasın! Bu, az bir mənfəətdir. Sonra isə onların yeri Cəhənnəmdir. Ora nə pis yataqdır!)
Hz. Musa dövründə yaşayan Samiri dövrünün tənha çaqqallarından biridir. Musanın yerinə keçib onun imkanlarına malik olmağa çalışan axmaqdır. Mənfəət ümidi ilə Musaya çox köməyi olub, lakin bütün bunları saxtakarcasına təkcə mənfəəti üçün etmişdir. Heyrətli dərəcədə ağılsız olduğu üçün öz aləmində Musanın yolundan başqa yol yaradıb müsəlmanları o yola çəkməyə çalışmışdır. Lakin ləyaqətsizliyi və saxtakarlığı hər kəs tərəfindən bilindiyi üçün təkbaşına, tənha olaraq yox olmuşdur.
Münafiqlər tarixin hər dövründə eyni üsulları tətbiq edərlər. Axırzaman münafiqləri Peyğəmbərimiz (s.ə.v) dövründəki münafiqlərlə eynidirlər. Axırzaman münafiqləri hz. Musa (ə.s) dövründəki münafiqlərə də oxşayırlar. Səhabələrin münafiqləri bu qədər əhatəli izah etməsinin hikmətlərindən biri də Axırzaman münafiqləri ilə müqayisə aparılmasıdır. Axırzamanda imkanlar daha inkişaf etmiş olduğu üçün münafiqlər haqqında daha ətraflı izahat veriləcəkdir. Gələcək nəsillərə də bilgi ötürmək üçün münafiqlərin hər davranışı çox təfsilatlı ifşa edilib izah ediləcək. Hər dövrün münafiqləri kimi Axırzaman münafiqləri də tarixə düşəcəklər.
Musəvilər hz. Musa (ə.s)-ı sevən, Tövrata tabe olan, bizim dinimizə hörmət göstərən, Allahın tək olduğunu deyən, axirətə, Cənnətə, Cəhənnəmə inanıram deyən, Allahı sevən, gözəl əxlaqlı insandırlar. Belə insanlara mənfi baxış prizması ilə yanaşmaq bizim dinimizə görə də çox yanlış olar.
Peyğəmbərlərin imtahanı çox çətindir. Hz. Musa, hz. Yusif, hz. Əyyub, Peyğəmbərimiz (s.ə.v) hamısı çox əziyyət və çətinlik yaşamışdır.
Dekabr 04 2014, 05:46