Səba surəsi; 14 (Hz. Süleyman (ə.s)-ın əsasındakı qurdun indiki kəşfiyyata işarəsi)
İmanı dərin olan insanlar, sevgini çox şiddətli və güclü yaşayırlar. Peyğəmbərimiz (s.ə.v), hz. Süleyman sevgini ən yüksək duyğuda yaşayırdı.
Hz. Süleyman incəsənətdən çox zövq alan, incəsənəti çox gözəl icra edən insandır. Şən, səmimi, təvazökardır. Ən gözəl heykəllər, divar bəzəkləri, binalar onun dövründə hazırlanmışdır.
Hz. Süleyman münafiq axmaqlardan istifadə edir və onlara heyrətamiz xidmət etdirirdi. Münafiq şeytanın insan halına girmiş formasıdır. Hz. Süleyman bu insani şeytan olan münafiqlərə evlər inşa etdirir, bağçalar saldırır, müsəlmanların varlanması üçün işlədirdi. Hz. Süleyman münafiqləri eşşək kimi işlədərək müsəlmanların böyük güc və zənginlik qazanmasını təmin edirdi. Eşşək kimi hz. Süleymana, İslama və müsəlmanlara xidmət edib sonra it kimi təcrid edilib alçaldılıblar. Hz. Süleyman dövrünün münafiqləri də Peyğəmbərimiz (s.ə.v) dövrünün münafiqləri də axmaqlıqlarına doymadılar.
Allah Quranda İslam əxlaqının hz. Süleyman dövründə olduğu kimi hakim olacağını bildirir. Hz. Süleyman dövrünün necə olduğuna baxdığımız zaman heyrətamiz zənginlik, ehtişam, gözəllik olduğunu görürük. İslamı təbliğ edəndə ehtişam və gözəllikdən istifadə edilməsinin təbliğat üsulu olduğunu görürük.
Hz. Süleyman şeytanları illərlə İslama xidmət etdirmişdir. Münafiqlər də şeytan olaraq müsəlmanların yanına gələr və İslama 15-20 il xidmət edərlər. Müsəlmanların yanındakı vaxtının bitməsinə yaxın şeytan daha çox üzərilərinə nüfuz edər. Hz. Süleyman şeytanlara çox yaxşı nəzarət edir və işlədirdi. Hədislərdə Mehdinin də münafiqləri çox yaxşı işlədib tam mənası ilə fikri olaraq zərərsizləşdirəcəyi bildirilib.
Hz. Süleyman zənginlikdən və ehtişamdan İslamı təbliğ etmək üçün ən təsiredici şəkildə istifadə edirdi.
Avqust 27 2014, 07:17