Cənab Adnan Oktarın 2 sentyabr 2015-ci ildəki söhbətindən əhəmiyyətli başlıqlar
Ülkücü gənclərin sayının artması Türkiyə baxımından mühümdür. Hakimiyyətdə hansı partiya olursa olsun, ülkücü gənclərin xidmətləri hər zaman çox dəyərli olmuşdur. Ülkücülər etibarlı insanlardır. Allah, Kitab, vətən, millət, dövlət, bayraqdan başqa məqsədləri olmaz.
Hörmətli Dövlət Bahçeli tarixə düşəcək türk böyüklərindən biridir. Ağıllı, mübarək insandır. Hadisələrə dövlət ağlı ilə, rəhmani ağılla yanaşır. Klassik romantik siyasətçi kimliyindən uzaq, dava adamı və dövlət xadimi olaraq məsələlərə baxdığı üçün çox məqsədə uyğun diaqnozlar edir. Hörmətli Bahçeli fitnəni yerlə-yeksan edən fitnəyə aman verməyən güclü, gözəl şəxsiyyət nümayiş etdirir. Ülkücü siyasət xüsusilə bu dövrdə Türkiyə üçün mühüm ehtiyacdır. Dövlət tərbiyəsi almış insanların dövlətin mühüm mövqelərində vəzifə icra etməsi, dövlətin və millətin davamiyyəti üçün çox zəruridir.
Ülkü ocaqları türk islam aləmi içində mənim gördüyüm ən ağıllı, ən vəfalı, ən səmimi, ən təmiz gənclərin meydana gətirdiyi mübarək ocaqdır. Həmişə xeyirlərə vəsilə oldu. Allah ülkücü gəncləri xeyirlə əhatə etsin, nuruyla əhatə etsin, cənnəti ilə şərəfləndirsin. Ülkü ocaqları türk millətinin davamiyyəti, İslam aləminin davamiyyəti üçün olduqca vacib mübarək olan ocaqdır. Allah saylarını, güclərini, qüvvələrini, elmlərini, irfanlarını artırsın, onları hər cür pislikdən qorusun.
MHP və ülkücü gənclik Türkiyənin və bölgənin sementidir, dayaq nöqtəsidir. Allah onları hər cür pislikdən, namərdliklərdən qorusun. Ülkücü bacı-qardaşlarımızın gəncliyin yaxşı yetişməsi üçün zəhmət çəkdiyini bilirik. Bu zəhmətləri çox dəyərlidir.
Hörmətli Devlet Bahçeli yetkin, ağıllı, milli dəyərlərimizə çox diqqət yetirən insandır. Bütün ülkücü təbəqə onun ətrafında bir-birinə möhkəm bağlanmalıdır.
Ülkücü gənclər dövlət tərbiyəsini ən yaxşı bilən qruplardan biridir. MHP fikri və idealları ilə hər zaman iqtidardır.