Adiyat surəsi (Mömin çox hərəkətli və şövqlüdür. Quranda Türk ordusuna, idmana işarələr)
İdman bədəni gücləndirər. Gənclərin idmanı sevməsi üçün mütəxəssislər tərəfindən təşviq edilmələri və yetişdirilmələri lazımdır.
Qiymətli idmançılar və incəsənət xadimləri heç unudulmamalıdır. Xüsusən tarixdə mühüm uğurlar qazanmış güləşçilərimizə sahib çıxılmalıdır.
Nəsil həm bədən, həm də ruh cəhətdən korlanır. Buna qarşı tədbir olaraq dövlət məktəblərdə sağlam qidalanmanı və idmanı məcburi hala gətirə bilər.
Məktəblərdə gənclər üçün çox gözəl təməl qoyula bilər. İdmana təşviq etmək deyil, idman etməyə məcbur etmək lazımdır. İnsanı öz halına buraxsan idman etməsi çox çətindir.
İdman əslində dövlət tərəfindən icbari olmalıdır. Hər gün ən az bir saat, yarım saat idman dərsi keçirilməlidir. Sağlam gəncliyin yetişməsi üçün əhəmiyyətlidir. Yaxud gün aşırı edilə bilər. Mühüm olan gəncliyin ruhən və fiziki cəhətdən sağlam olmasıdır.
Bir gənc qızın gün ərzində ən az yarım saat, bir saat idman etməsi lazımdır. Özünəbaxımın çox yaxşı olması lazımdır. Qız uşağına çiçəyə qulluq etdiyin kimi baxmalısan, əks halda solarlar, çox zərifdilər.