HZ. MEHDİ (Ə.S) TƏHRİF EDİLMİŞ TÖVRAT, ZƏBUR VƏ İNCİLİN İÇİNDƏN TƏHRİF EDİLMƏMİŞ BÖLMƏLƏRİ KİTAB ƏHLİNƏ OXUYACAQ
Münafiqin ruhu olmadığı üçün heyvani instinktlə hərəkət edər. Münafiqlər Peyğəmbərimiz (s.ə.v) dövründə Peyğəmbərimiz (s.ə.v)-in vəfatını gözləyirdilər. Peyğəmbərimiz (s.ə.v)-in vəfat edəcəyini, bütün mallarının onlara qalacağını, yeyib-içib, yatacaqlarını Peyğəmbərimiz (s.ə.v)-dən qalan mallardan istifadə edəcəklərini zənn edirdilər. Lakin Peyğəmbərimiz (s.ə.v)-in getdikcə gəncləşdiyini, gözəlləşdiyini, sağlam olduğunu özlərinin də eşşək kimi çalışıb, xidmət etdiklərini və yaşlandıqlarını, bütün güclərini itirdiklərini gördükləri zaman sanki dəliyə döndülər.
Münafiq İslam Birliyindən, müsəlmanların mənəvi lideri olmasının lazım olduğundan bəhs etməz. Mehdiyyətdən, İsa Məsihin gəlişindən danışmaz. İslamın hakim olacağından bəhs etməz. Peyğəmbərimiz (s.ə.v)-in nəslindən, seyidlərdən, şəriflərdən xoşlanmaz. Buna görə də Peyğəmbərimiz (s.ə.v)-in ailəsini şəhid edənlər münafiqlərdir. Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarına çox həsəd aparırdılar.
Mədəndə işləyərkən həyatını itirənlər Peyğəmbərimiz (s.ə.v)-in hədisinə görə şəhid hökmündədirlər. Çökmə və yanğında imanını mühafizə edərək vəfat edənlər Allahın icazəsi ilə cənnət əhlindəndirlər.
Axırzamanda yaradılmış olmaq çox böyük nemətdir. Həm Mehdini, həm İsanı görəcəyimiz dövrdəyik. Dəccaliyyətlə elmi mübarizəni bilavasitə görürük. Mehdiyyətin bütün əlamətlərini gördük. Peyğəmbərimiz (s.ə.v)-in Axırzaman möcüzələrinin reallaşdığını gördük. Peyğəmbər (s.ə.v)-i çox sevirik deyənlərin Peyğəmbərimiz (s.ə.v)-in möcüzələrini ört-basdır etməyə çalışdıqlarını gördük. Təbliğ üçün kommunikasiya və texnologiyanın çox inkişaf etdiyi dövrü gördük.
İncil və Tövrat Allahın endirdiyi haqq kitablardır. Quran bu haqq kitablara hakim olaraq endirilmişdir. Tövrat və İncildə qeyd olunan bilgi, Quranda dəstəklənirsə bu haqdır. Quranda tənqid edilirsə burada təhrif olmuşdur. Gənclər Tövrat və İncili oxusunlar, lakin mütləq Quranın hakimliyində oxusunlar. Məsələn, İncildə hz. İsanın ikinci dəfə gəlişi var. Qurana baxırıq Quranda da hz. İsanın gələcəyi güclü şəkildə izah edilir. İncildə hz. İsanın (haşa) Allahın oğlu olduğu yazılır. Quran bunu qəti olaraq inkar edir. Bu şəkildə Quranın rəhbərliyi və hakimliyində, İncil və Tövratı oxuya bilərlər.
Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
Aprel 27 2018, 23:00