Hörmətli Adnan Oktarın yeni izahları (28 may 2013-cü il; 23:30)
Varlıq varsa eşq üçün vardır. Eşq olmadan varlığın mənası yoxdur. Hər şey Allah eşqiylə, dəlicə sevgiylə, ehtirasla mənalıdır. Eşq, dərin ağılla iç-içədir. Allahı sevən, Allahın böyüklüyünü dərk edən, dərin ehtirası yaşayar. Dərk edə bilməyənlər isə sevgisizliyin ağrısını çəkirlər.
Səthi düşünən insanlar, Allahın hikmətlə imtahanımız üçün yaratdığı iç-içə heyrətamiz ağıl və hikmət daşıyan məsələləri qavraya bilməzlər.
Küfr əhli münafiqləri heç maraqlandırmaz. Təki müsəlmanlar dağılsın istəyərlər. Münafiq küfr əhli ilə iç-içədir və onları dəstəkləyər, müsəlmanlar isə fəaliyyət göstərməsin, dağılsın istəyər, bütün enerjisini bu yöndə sərf edər.
Tayyib hocam xalqla iç-içədir, təvazökardır. Belə səmimi insana sevgisizliklə yanaşmaq vicdani münasibət deyil.
Qazilərimiz üçün yurdun müxtəlif yerlərində istirahət etmələrindən ötrü geniş obyektlər yaradaq. Xalqa da açıq olsun bu məkanlar. Qazilərimiz xalqla iç-içə olsunlar.
Biz Quranı qəlbimizdə daşıyırıq, Quranla iç-içə yaşayırıq. “Quranın olduğu yerdə əyləncə olmaz” düşüncəsi çox səhvdir. Quranın olduğu yerdə sevinc və xoşbəxtlik vardır.