Zuxruf surəsi; 23-30 (Allah müşrik və inkarçılardan intiqam alar, ancaq xəbərləri olmaz)
Bağışlayıcı olmaq Allahın çox bəyəndiyi xarakterdir. Çünki intiqam, ruha nəfsani zövq verər. Bağışlamaq çox çətindir. Yəni iradə tələb edir, ağıl tələb edir. Çünki insan bağışlamaqla məmnunluq hissinə çata bilməz. Lakin intiqam almaqla məmnun olar. Bunun üçün Allah bağışlamağı əsas götürür.
Allahın bağışlamasını istəyirsənsə sən də bağışlayacaqsan. Qisas almayacaqsan. Dünyəvi cəzası nədirsə qanun çərçivəsində alır. Artıq o yetərlidir. Buna görə kinə, ədavətə ehtiyac yoxdur. Tövbə edər, qardaşın olar.
Ağılın yolu birdir. Quranla, İslamla, ağılla, sevgi ilə, məhəbbətlə həll yolu tapaq. Mehdiyyətlə nəticə gözəl olacaq. İntiqam ruhu ilə davranılsa qarşı tərəf daha da şiddətli dərəcədə intiqam almağa çalışar . Belə olmaz.