Din dərsində əsas sevgi və mərhəmət öyrədilməlidir. Allah niyə sevilir, Allahın sənəti nədir, Allahın böyüklüyü necə aydın olar, iman həqiqətləri nələrdir, Quran möcüzələri nələrdir bunların gənclərə izah edilməsi lazım.
Əsrlər əvvəlin ənənəçi modelinə gedilir təəssüratı vermək yerinə müasir, aydın, sevinc dolu anlayışı önə çıxarmaq daha yaxşı olar. Keçmişin dəyərlərini qorumaq, ənənələrə sahib çıxmaq gözəldir. Ancaq keçmişə sahib çıxmaqla birlikdə həmişə daha müasir, daha Avropalı, daha aydın, sənəti keyfiyyəti əhəmiyyətli görən, qadınlara azadlıq tanıyan, gənclərin istədikləri kimi yaşadıqları, sevinc və həyat dolu Türkiyə olması çox əhəmiyyətlidir.
Quranı ərəbcə oxumaq gözəllikdir. Lakin mənasını bilmirsənsə bu çox əzabdır. Quranı başa düşmək, həyata keçirmək əhəmiyyətlidir. Allah Quranı başa düşək deyə açıq və aydın etmişdir.
Mehdinin, Seyyidina İsa Məsihin qoxusunu alırıq. İnşaAllah yaxında açıq-aydın zühurlarını da görərik.
Hər insan gecə yatdığı zaman müəyyən mənada ölümə yatar. Səhər oyandığı zaman çox aydın tərtəmiz dünyaya oyanar. Dünya həyatı və axirətə qalxmaq da buna bənzəyər. Bu həyatımız müəyyən mənada yuxudur. Bildiyimizdən daha fərqli yuxudur. Ölümlə bu yuxudan oyanıb daha da aydın, kəskin, parlaq təsvirlə qarşılaşacağıq.
Bu dünyada yuxu kimi bir aləm içində yaşadığımızı öldüyümüz vaxt aydın görəcəyik. Ölümlə birlikdə yuxudan oyanırmış kimi axirətə keçəcəyik.