Əmri-maruf nehyi-münkər, yaxşılığı əmr edib pisliyi qadağan etmək müsəlmanlar üçün fərzdir, bu müsəlmanın məsuliyyətidir. Allah əmrini bildirdiyi üçün heç kim qəzəblənməz, inciməz.
Tayyib hocamın və əsgərimizin cənub-şərq sərhədlərində həyata keçirdiyi əməliyyatda ordumuza və prezidentimizə tam dəstək veririk, heç kim boşuna gündəmi pozub diqqət yayındırmağa çalışmasın.
Müsəlmanların camaat halında olması Quranın əmridir. Mənim bu mövzudakı meyarım hansı camaat dinsizliyin fəlsəfəsi olan darvinizmi aradan qaldırmaq üçün var gücü ilə mübarizə aparırsa, İslam Birliyini həmişə gündəmdə saxlayırsa, mehdiyyəti, məsihiyyəti müjdələyirsə o camaatla ittifaq etmək lazım olmasıdır. Belə camaat bizdən başqa elə də olmadığı üçün biz ön plana çıxırıq. Bizdən başqa da küfr əhlini və münafiqləri hədəf qəbul edən demək olar ki, heç kim olmadığı üçün İngiltərə dərin dövlətinin, münafiqlərin, küfr əhlinin ən çox diqqətini çəkən oluruq. Bütün həmlələrə baxmayaraq, sarsılmadan irəliləyirik.
Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
Təkamül nəzəriyyəsi, təsadüf kimi kor düşüncənin möhtəşəm həndəsə, müntəzəm qızıl nisbət, fizika və kimya qanunları yaradacağına, görən, eşidən, toxunan, iyləyən, dadan şüur meydana gətirəcəyinə inanmaqdır. Belə primitiv fəlsəfəyə inanmaq ciddi ağıl zəifliyi ortaya qoyar. Təsadüf ilahı bütpərəst dövrlərdən gələn xurafatdır.
Münafiqin ləyaqətsiz və şərəfsiz olduğunu hər kəs bilər. Küfr əhli də münafiqlərin alçaq olduğunu bilər. Buna görə də, münafiqlərin yanına heç kim yanaşmaq istəməz. Quranda Samirinin təkbaşına buraxılması, münafiqlərin murdarlığı və iyrəncliyindən ötrü tənhalığa məhkum olmalarına işarə edən ayədir.