Hz. Xızırdan Hz. Mehdiyə qədər ledun (qeyb) elminə sahib olan elçilər
Dəccaliyyət insanların hamısına birdən hücum edərək və hücumun əhatəsini getdikcə artıraraq insanları Allaha yönəlməyə məcbur edər. Ledün yönü ilə Dəccaliyyət də Allaha xidmət edir. Amma biz Haqq tərəfdarı olaraq, Mehdiyyət qabaqcılı olaraq ledün yönünə görə deyil, zahiri istiqamətinə görə hərəkət etməklə və Dəccaliyyətlə var gücümüzlə elmi olaraq mübarizə aparmaqla məsuluq.
Allahın ledün elmini çox insan bilməz. Allah yaxşıları mütləq bir yerə gətirər. Möminləri mütləq hüzur və bərəkət içində yaşadar. Münafiqləri və əxlaqsızları da mütləq süründürər, alçaldar. Bunlar Allahın bilinməyən, hiss etdirmədən reallaşdırdığı qanunlarıdır.
Ledün elmini cahil insanlar anlaya bilməzlər. İki cür ledün elmi var, birincisi həyata keçən forması var. Məsələn, xəstəliyə düçar olar. Zahirdə sənə zərər gəlmiş kimi görünər, batində cənnətə qovuşmağın üçün nemətdir. Bu ledün elmidir. İkinci ledün elmi isə vəhyə əsaslanır. Bu təkcə Xızıra, mələklərə, peyğəmbərlərə verilən elm formasıdır. Bu insanlara verilməz. Mehdinin özünü gizlətməsi də ledün elmidir.
Allah hər şeyi ledün elmi ilə, hikmətlə və xeyirlə yaradır. Əzabların, problemlərin olmasının da bir çox xeyri və hikməti var.
Dünyada reallaşan hər hadisə Allahın təqdiri ilə reallaşar. Fironu da, Nəmrudu da yaradan Allahdır. Bunda ledun elmi gizlənibdir.
Xəstəlik xüsusi yaradılar. Sağlamlıq da, xəstəlik də Allahın sənətidir. Xəstəlik qarşısında mömin təvəkküllüdür. Xəstəlik insanın təkəbbür hərisliyini, özündən razılığını və dünyaya aludə olub Allahı unutma təhlükəsini aradan qaldırar. Xəstəlik Allahın ledün sənəti içində gözəllikdir, cənnətə vəsilə olar.