Marksist-Leninist sistemin fikrən məğlub edilməsi Axırzamanın ən mühüm məsələlərindəndir
PKK-nın fəlsəfəsi marksist leninist düşüncədir. Darvinizm olmadan marksizm leninizm olmaz. Terrorun təməlindəki fəlsəfə darvinizmdir.
Məlumatı az olan xalq kütlələrinə arxalanan siyasət anlayışı böyük səhvdir. "Onsuz da insanlar səs torbası kimidirlər, xeyli səs verirlər. Məsələləri də anlamazlar; Marksizmin, Leninizmin, darvinizmin nə olduğunu bilməzlər. Qətiyyən müdaxilə etməyək, bu cür davam edəcək" deyə bilməzsiniz. Bir müddət sonra insanlar bu məlumatlarla qarşılaşırlar və ani qarşılaşmadan sonra ani şəkildə özlərinə gələ bilməzlər. Vaxt olduğu halda, imkan olduğu halda, bu bəlanı elmlə irfanla, ağılla, məlumatla, sevgiylə yox edək.
Stalinizm, leninizm, darvinizm elmdir. Saxta və azğın da olsa elmdir. Sosiologiya və fəlsəfə sahələrinə məxsus bir elm sahəsidir. Sən buna elmi cavab verməsən onlar davam edər və haqlı olduğuna inanar.
Yəcuc və Məcuc bu ərazidə əslində həm kommunizm, həm də faşizmdir. Amma Yəcuc və Məcucun kommunist toxumları hal-hazırda Cənub-şərqdə yol taparaq kommunist hərəkat kimi yayıldı. Stalin və Lenin hərəkatı yer üzünü yerlə-yeksan etdi.
Terrorun tək həlli fikri mübarizədir. Bundan başqa bir yol yoxdur. Leninizm çox mərhəmətsiz sistemdir. Şeytanın təsiri ilə formalaşmış quruluşdur.
MARKSİZM, LENİNİZM QANSIZ OLMAZ. Qan, şiddət və terror Leninizm, Marksizmlə bir –birinə bağlıdır.