Ən gözəl bədən belə torpağın altında parçalara bölünəcək. Həyat çox qısadır. Hal-hazırda Allahın verdiyi orqanizmə həmd edirik, şükür edirik, lakin insan bu bədənə bağlana bilməz. Dünya gözəli birinin məzarı açılır; skelet, kəllə sümüyü, qollar, sümüklər. Neçə pəhləvanlar, neçə aslanlar məzarda sümükləri çürümüş vəziyyətdə yatırlar.
İnsanın eqoistlik edəcək halı yoxdur, sən qandan, ətdən, sümükdən, sinir hüceyrələrindən meydana gəlmiş bir varlıqsan, əlbəttə ki, ehtiyacların var, niyə lovğalanırsan? Ölüb gedəcəksən, kimə acıq verirsən? Eləcə də, çox qısa müddətdə bitir həyat. Bütün meyitlər məzarın içində açıq-aydın şəkildə şişib partlayır. İnsanın lovğalanacaq halı yoxdur, aciz bir varlıqdır.
Məzar gözəl-çirkin bilməz, hamını eyni şəkilə salır. Torpaq simaları dəyişir. Hamı təbəssüm edən skeletə çevrilir. Təmiz torpağın altında hamı birlikdə yatır.