Hörmətli Adnan Oktarın 10 yanvar 2018-ci il tarixli söhbətindən önəmli başlıqlar
MHP mədəni milliyyətçidir. İrq milliyyətçisi deyil. Kürd canlarımıza hörmət və sevgi duyar. Bunun əksini iddia edənlər səmimi davranmırlar. Amma bu mövzunu təbliğat vəsaiti olaraq istifadə edənlər varsa, MHP bu mövzuda daha güclü antitəbliğat edə bilər.
Mən nə MHP-li, nə də AK Partiyalı deyiləm amma Türkiyənin gələcəyi üçün, vətən, dövlət, bayraq üçün dostlarım da, mən də var gücümüzlə bu ittifaqı dəstəkləyirik. MHP, Türkiyənin təməl daşıdır. MHP əleyhinə heç bir hərəkətə, rəhmətlik başbuğ Türkeşin adını unutdurmağa çalışanlara elm və irfanla heç vaxt icazə verməyəcəyik. Tayyib hocam və AK Partiyadan də istəyimiz müasir, həyat dolu, sənətin və qadın azadlığının öndə olduğu anlayışı qat-qat gücləndirtməsidir. Tayyib hocam çox müasir dəliqanlıdır, mövhumatçı kütlənin təzyiqinə diqqətə almadan müasirliyi həmişə təşviq etsin. Seçkilərdə tam müvəffəqiyyət yaranması üçün dekolteli, müasir, sənətçi kütləni qucaqlayan anlayış əhəmiyyətlidir. Ancaq sözdə qalan deyil, feili olaraq bunu göstərmək lazımdır. Yığıncaqlarda dekolteli, açıq, hicablı, çarşablı qadınlar bir yerdə olsun. Gənclər tam əylənsinlər. Gənclər, qadınlar fərah və rahat olduqlarını görsünlər. Aydın, gümrah və dindar Avropa ölkəsi olduğumuzu həqiqətən göstərək. Seçkilərdən sonra Allahın izni ilə Tayyib hocam yenidən cumhurun başı olacaq, ancaq bu xüsuslara diqqət göstərilsə ən az 10% səs artımı olar.
MHP çox şüurlu Dövlət Partiyasıdır. 5 min illik yaddaşı olan partiyadır. Tarixi çox möhkəmdir. Gözəl və yaxşı gedirlər maşaAllah. Türkiyənin müasirliyi çox əhəmiyyətlidir. Ak Partiya və MHP birlikdə Türkiyənin daha müasir olması, qadın azadlığının ön plana çıxması üçün ortaq hərəkət edərsə çox gözəl olar.
Bəzilərinin narahatlığı əslində dekolte deyil. Əsas narahatlıqları İngiltərə dərin dövlətini ifşa etməyimizdir. Darvinizmin əsassızlığından bəhs edirik narahat olurlar. Biz darvinist, materialist ideologiyalara qarşı olduğumuz müddətcə, PKK-ya qarşı olduğumuz müddətcə, homoseksuallığa qarşı olduğumuz müddətcə, İngiltərə dərin dövlətinə qarşı olduğumuz müddətcə, AKP-ni müdafiə etməyə davam etdiyimiz müddətcə, MHP-yə dəstək olmağa davam etdiyimiz müddətcə mütləq bizdən narahat olacaqlar. Biz bu düzgün rəftarımızdan imtina etmərik. İngiltərə dərin dövlətinin oyunlarını hər dəfə qanunla, hüquqla, elmlə, irfanla pozarıq.
Tayyib hocam İngiltərə dərin dövlətindən gecə-gündüz nəzakəti ilə danışır. Təbrik edirik. MHP-ni də Tayyib hocama olan dəstəyindən dolayı dəfələrlə təbrik edirik. Tarixi və mühüm vəzifə yerinə yetirirlər. Dövlət tərbiyəsinə uyğun şəkildə hərəkət edirlər. Dəccalın qarşısında dövlətin rəisini qorumaq fərz olar.
Hörmətli Dövlət Bahçeli Allah, vətən, bayraq, dövlət deyərək həm MHP üçün, həm də Türkiyə üçün ən zəruri və mükəmməl siyasəti həyata keçirir.