Kilsələrin birliyi nəyə işarə edir?
Həm Darvinist sistemdə həm ənənəçi Ortodoks sistemdə qadın nifrəti oturmuş vəziyyətdə. Qadını insan olaraq görmürlər. Biri yarı inkişaf etmiş heyvan olaraq görür birisi yarım varlıq olaraq görür. Bu sevgisizliyi və çirkin məntiqi Quran əxlaqı tamamilə ortadan qaldırar.
Həm darvinist zehniyyət, həm də ənənəçi ortodoks anlayış qadını sanki heyvan kimi görür. Qadını yarım varlıq kimi görənlərin qadınlara hörmət etməsi mümkün olmaz.
Qadınlara qarşı yaradılmış əsaslı kişi hakimiyyəti var. Bunu da dəstəkləmək üçün ənənəçi ortodoks sistemdə yüzlərlə maddə yaradıblar. Yüzlərlə maddə ilə qadını alçaldır, yüzlərlə kişini ucaldırdılar. Bizim Quran əxlaqını göstərməyimizlə, bu fitnənin təsiri artıq azalacaq. Mehdi dövründə isə qadınlar üçün tam mənada qızıl əsr olacaq.
Ənənəçi ortodoks İslam anlayışı dəhşət verici həyat təqdim edər. Buradakı bəlanı görən Qurana daha güclü, daha möhkəm sarılar.
Yaxın Şərqdə bir çox ölkədə təzyiq göstərən rejimlərin olması ənənəçi ortodoks sistemin ayaqda qalmasına səbəb oldu. Allah ənənəçi ortodoks sistem inkişaf etdikcə, bu sistemin olduğu ölkələri bir-bir dağıtdı. İnsanlar ənənəçi sistemə daha çox sarıldıqları zaman xilas olacaqlarını zənn edirlər. Halbuki ənənəçi sistemə sarıldıqca dağılma olur. Xilas olmağın yolu Quran müsəlmanlığıdır.
Dövrün ənənəçi ortodoks hocaları Bədiüzzamana qarşı çıxırlar. Ustadımızın Quran tələbəsi olduğunu bilirdilər. Buna görə də, ustadımıza qarşı əks mövqe alıblar.