FƏCR SURƏSİNİN 13-CÜ AYƏSİNİN ƏBCƏD DƏYƏRİ HZ. MEHDİ (Ə.S)-IN ZÜHURUNA VƏ KOMMUNİZMƏ BÖYÜK ZƏRBƏ VURAN 1980 QİYAMINA İŞARƏ EDİR
PKK-nın adam toplamasının qaynağı darvinist, materialist təbliğatdır. Antidarvinist, antimaterialist təhsil dayandırılsa PKK-nın sonu da gəlmiş olar. Biz bütün imkanımızla darvinizmə qarşı elmi mübarizə edirik ancaq bir tək bizim səyimizlə olmaz. Məktəblərdəki darvinist təhsilin bitməsi əsas şərtdir.
PKK necə ortaya çıxır, bu mövzunu nədənsə heç vaxt danışmırlar. Bir insan PKK-lı olaraq doğulmur, sonradan aldığı təhsillə ölməyə və öldürməyə qərar verir, PKK-lı olur. Buna qarşı, əks təhsil verilsə PKK deyə mövzu olmaz. Darvinist təhsilə son verilsə PKK tamamilə bitər. Çözüm, elmi yoldur.
PKK-nın ideologiyası Marksist-Leninist ideologiyadır və bunun təməlində müqavimət göstərmə, inqilab olana qədər müqavimət göstərmə vardır. Bu müqavimət göstərmə kommunistlər üçün əhəmiyyətlidir. 40-50 ili gözə alırlar. Qarşıdurma, müqavimət göstərmə və ziddiyyət bu ideologiyanın təməli olduğu üçün PKK ideologiyasından imtina etmədiyi müddətcə, minlərlə dəfə məğlub olsa belə, münaqişəyə, öldürməkdən və ölməkdən imtina etməz. Buna görə PKK-ya qarşı əsas mübarizə ideologiya mübarizəsi olmalıdır. Bunun üçün də, kommunizmin fəlsəfi dayaq nöqtəsi olan Darvinizmin etibarsızlığının izah edilməsi əsas şərtdir. Fikri qalibiyyət əldə edilmədikcə PKK tam mənasıyla məhv ediləməz.
PKK-ya ən böyük zərbə, ən böyük ürək ağrısı Darvinizmin yıxılması olar. Darvinist və materialist ideologiya yıxılanda kommunist meylli gənc sayı da sıfıra düşər və PKK adam toplayamaz. Darvinist təhsil dayandırılmazsa ağcaqanadlar qaynamağa davam edər və sayları da getdikcə artar. Elmi mübarizə yolu ilə, PKK ilə mübarizədə 99%-lik nəticə alarıq. Darvinizm elmi olaraq yıxılanda PKK inancını, dinini itirər. Çünki onlar Darvinizmi bir din kimi görürlər. Terroristlər bu saxta dinlərini itirsələr bütün gücləri də gedər. Darvinizmin, materializmin olmadığını müdafiə edərək öz dinimizi sağlamlaşdırıb, onların saxta dinlərini elmlə yox etmək lazımdır. O zaman qəti nəticə alarıq. Onlar saxta elmlə, saxta izahatlarla, saxta inandırma yollarıyla nəticə alırlarsa, biz də həqiqi elm və həqiqi izahatlarla nəticə alaq.
Afrində gecəli gündüzlü dinamikdən antikommunist təbliğatlar aparılsın. Küçə-küçə kommunizmin keçərsizliyi, necə təzyiq və qorxu rejimi olduğu anladılsın. Dinə, ailəyə, əxlaqa qarşı quruluş olduğu anladılsın. Türkiyənin hədəfinin yalnız kommunist PKK olduğunu, o vətənin orada yaşayan xalqa aid olduğunu, lakin kommunist işğal istəmədiyimizi, vətənlərində xoşbəxt və dinc yaşamalarını istədiyimizi, Türkiyənin demokratik ölkə olduğunu dinamikdən həmişə bütün küçələrdə izah edək. Vətəndaş xalqın bölgədən çıxa bilməsi üçün humanitar dəhlizlər da meydana gətirək. Türkiyənin oraya daxil olma məqsədi PKK-nın təslim olmasıdır. Silahlarını buraxıb təslim olsalar gəlib Türk dövlətinə təslim olsunlar. Amma əlində silah olana vətəndaş rəftarı edilməsi mümkün olmaz. Hal-hazırda PKK ilə mübarizə boyunca vətəndaş xalq bölgədən çıxsın, PKK təmizləndikdən sonra xalq yenidən evlərinə qayıdar. Biz sərhəddə terrorçuları istəmirik. PKK, YPG, İŞİD, Əl-Qaidə, heç bir terror təşkilatını istəmirik. Biz Kürdləri canımız kimi sevirik, birlikdə çox gözəl hüzur, sevinc, sevgi içində yaşayacağıq. Lakin kommunist ideologiyasını, kommunist terrorizmini istəmirik. Afrində kürdlərin, ərəblərin və türklərin öz torpaqlarında sülh içində yaşamalarını istəyirik.
Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
Oktyabr 26 2017, 20:01