Qadınların sosial statusu: keçmiş və bu gün
Qadınlar Mehdi dövründə çox azad olacaq, heç kim onlara qarışa bilməyəcək və narahat etməyəcəkdir.
Qadınları potensial günahkar, nə edərsə təhlükəli olan, baxımsız, diqqətsiz varlıqlar halına gətirməyə çalışırlar. Qadınları bu qədər təzyiq altına salmaq, qadın gözəlliyini aradan qaldırmağa çalışmaq bir müddət sonra homoseksuallığın yayılmasına səbəb olur. Qadını bəyənmək, qadın gözəlliyindən xoşlanmaq anormal deyil. Bu, fitrətə uyğun olandır. Fitrəti pozduqda azğınlıq yayılır. Allahın haram etdiyi qeyri-qanuni cinsi əlaqədir. Qadının gözəl, baxımlı və cazibəli olması deyil.
Qadınların əzildiyi, təzyiq altına alındığı cəmiyyətə Allah bərəkət verməz. Allah zülmə razı olmaz.
Bəziləri öz məntiqlərinə görə kişilərə hər şeyi haqq, qadınlara hər şeyi qadağa hesab edirlər. Qadınların mütləq surətdə baxımsız, çirkin olmasını istəyirlər. Qadına şiddət tətbiq edir, hətta şəhid edir “sevdiyim üçün etdim” deyirlər. Qadını istəmədiyi həyatı yaşamağa məcbur etmək çox böyük zülmdür.
Qadınların üzərində böyük təzyiq olur. Mütləq şəkildə qadınlara necə yaşayacaqlarını öyrətmək istəyirlər. Qadınlar vicdanları ilə nə edəcəklərini bilərlər.
İncəsənət və estetika çatışmazlığı qarışıqlığa, bədbəxtliyə səbəb olar. Xalqın xoşbəxt olmamağı, incəsənət xadimlərinin və qadınların əzilməsi gərginliyə səbəb olar.
May 30 2018, 17:22