FİL DİŞİ (FİLİN ÖN DİŞLƏRİ)
Küçənin təzyiqi, məhəllə təzyiqi, məktəb təzyiqi, bir çox qaydalarla insanları boğurlar. Quranın gətirdiyi azadlıq, ən geniş azadlıqdır. Azadlığın olmadığı mühitdə insanların ağlı donar, sevinci qaçar. Azadlıq, sevgi, sülh həmişə ön planda olmalıdır.
Keyfiyyət çox vacib mövzudur. Mədəniyyət və incəsənət olar amma keyfiyyət olmazsa çox böyük əksiklik olar. Keyfiyyəti ön plana almaq lazımdır.
Sevgisizlik çox dəhşətli vəziyyətdir. Dünyada ağlasığmaz dərəcədə sevgisizlik hakimdir. Bu vəziyyəti dəyişdirmək üçün həmişə sevgini gündəmə gətirmək lazımdır. Hökumət üzvləri, nazirlər, jurnalistlər, televiziya işçiləri həmişə sevgidən bəhs etsinlər və sevgini ön plana alsınlar. Həmişə sevgi sözü işlənərsə, insanların qəlbi rahatlayar.
Ön mühakiməyə qapılmaq alçaldıcıdır. Ağlı güclü olan insan dəlilsiz ön mühakiməli olmaz. İnsan gözü ilə gördüyünə, qulağı ilə eşitdiyinə inanar, dəlil olmayan məsələdə ön mühakiməli davranmaz.
Müsəlmanların tezliklə birləşməsi lazımdır. Heç kimin kiməsə üstünlük iddiası olmamalıdır. Biz sadəcə dostcasına və qardaşcasına birlik istəyirik. Saf sevgi və qardaşlıq üzərində qurulmuş anlayışdan başqa heç bir çözüm olmaz. Bu da təkcə mehdiyyətlə mümkündür. Müharibə və bilək gücünə əsaslanan struktur mütləq fəlakət gətirər. Ön şərtsiz dostluq müqavilələri bağlayaq. Ön şərt olduqda qardaşlıq olmaz. İsrail də, Rusiya da Yunanistan da bizim övladlarımız deməliyik, hər kəsi bağrımıza basmalıyıq. Kürd, türk, ərəb ayrı-seçkiliyi heç vaxt etməməliyik.
Ön mühakimə, cahillərin, kompleksli insanların xəstəliyidir. Həqir insanların güclü insanlara qarşı istifadə etdiyi çarəsizlik silahıdır.