Cənab Adnan Oktarın 11 iyun 2017-ci il tarixli söhbətindən əhəmiyyətli başlıqlar
Ənənəpərəst ortodoks bacı-qardaşlarımızın çoxu Quranın kafi olduğunu eşitdikləri zaman çox təəccüblənirlər. Vəsvəsəyə qapılmadan Qurana sarılsınlar. Quranın kafiliyini köklü izah etmək lazımdır. Allahın Kitabı əskiksizdir. Allahın Kitabının əskik olduğunu söyləmək günahdır deyə izah edilməlidir.
Mühafizəkar təbəqənin böyük hissəsi həqiqətən Quranın kafi olduğunu bilmir. Onlara şəfqətlə doğrunu izah etməyə davam edəcəyik.
Əgər Qurana əsaslanan İslam yaşansa müsəlmanların başındakı fəlakətlərin hamısı bitər.
Allah Quranda hər şeyin izah edildiyini bildirmişdir. Quran kafi deyildir, deyənlər Allahın bu hökmünə qarşı çıxırlar. (Nəhl surəsi, 89: Hər ümmət içində öz nəfslərindən onların üzərinə bir şahid gətirəcəyimiz gün, səni də onlar üzərində bir şahid olaraq gətirəcəyik. Biz Kitabı sənə hər şeyi izah edən, müsəlmanlara da hidayət, rəhmət və müjdə olaraq nazil etdik.)
Quran kafi deyildir demək ən böyük fitnələrdən biridir. Quranda Allah hər şeyi izah etdiyini və Quranın kafi olduğunu bildirmişdir.
Qurana görə Peyğəmbərimiz (s.ə.v)-in axirətdə İslam ümmətindən tək şikayəti, Quranı tərk etmiş olmalarıdır. (Furqan surəsi, 30: Nəhayət elçi dedi: “Ey Rəbbim, həqiqətən, mənim qövmüm bu Quranı tərk edilmiş (kitab) olaraq buraxdılar”.)
May 30 2018, 17:21
Oktyabr 26 2017, 20:01
Avqust 28 2017, 18:50
Oktyabr 24 2013, 10:06