Ruh təcrübə qazanır amma ruhun yaşı yoxdur. Qazandığı təcrübəylə daha keyfiyyətli, daha mədəni, daha yaxşı düşünən xarakterə bürünür.
Səmimiyyət olmayanda ruh halı həmişə sallanar. Səmimiyyət olmayanda, bir yaxşıya, bir pisə gedərək ruh taqətdən düşər. Beyin də buna dözə bilmədiyi üçün, insanlar içinə qapanıb düşünmədən yaşamağa çalışar. Bu beyin donuqluğu ruh sağlamlığının tamamilə pozulmasına səbəb olar. İnsan səmimi olduqda, ruhdakı dalğalanma ortadan qalxdığı üçün normal insan meydana gələr.
Duyğusallıq zövqlü də görünsə müqavimət göstərmək lazımdır. Ağıllı olmaq, Quranla düşünmək ən doğrusudur. Duyğusallıq, Allaha hörmətə, Allaha təslimiyyətə uyğun olmayan ruh halıdır. Duyğusallığı faciə olaraq görüb, hörmət etməmək lazımdır. Romanlarda, mahnılarda, seriallarda duyğusallıq müqəddəs göstərilir. Bu şeytani əzab şəklidir. Yüksək ağıl bunu heç vaxt qəbul etməz.
Mükəmməlləşmək üçün neqativ olana ehtiyac var. Ruh və ağlın inkişafı üçün neqativ olanlar zəruridir. Hər kəs pozitiv, hər kəs yaxşı, hamı gözəl olsa, ruh dünyamızda inkişaf olmaz. Anormal və tərs kimi görünən vəziyyətlər ruhun daha diqqətli, daha nəzakətli, daha sabit olmasını təmin edər.
Hal-hazırda gördüyümüz həyat müəyyən mənada yuxudur. Yuxu görən ruh ölümlə birlikdə daha kəskin, daha dəqiq başqa yuxu aləminə daxil olar.
Səmimiyyət möminin zəhmət çəkmədən qazandığı ruh halıdır. Mömində səmimiyyət həmişə inkişaf edər.