Hörmətli Adnan Oktarın yeni izahları (30 İyun 2013; 23:00)
Qiymətli dövlət böyüyümüz, hörmətli böyük qardaşım Həsən Cəlal Gözəl bəyə Allahdan qəni-qəni rəhmət diləyirik. Məkanı cənnət olsun, Peyğəmbərimiz (s.ə.v) ilə cənnət süfrələrində əyləşsin. Sevdiklərinin, dostlarının və ailəsinin başı sağ olsun.
Cəlal Təlabaniyə Allah rəhmət etsin, günahlarını bağışlasın. Ailəsinin və xalqının başı sağ olsun.
CHP müasir dindarlığı müdafiə edən, solun ən sağında olan bir partiya halına gəlsin. Millətimiz o zaman CHP-ni baş tacı edər. CHP keçmiş zehniyyəti tamamilə rədd edib Atatürkün müasir dindarlığını əsas götürən, xalqa yaxın, solun ən sağındakı bir mövqedə çıxış etməlidir.
Darvinist düşüncəni elmi cəhətdən çökdürməyimiz solun tam mənası ilə fikri məğlubiyyətinə və sağın güclü şəkildə iqtidar olmasına vəsilə oldu.
Sağçıların ideoloji zəminini mən və yoldaşlarım hazırladıq. Sağçı bir hökumətin ideologiyası olmadan, hakimiyyətə gəlməsi qeyri-mümkündür. Nə etdik? Darvinizmi, materializmi elmi dəlillərlə yerli-dibli yox etdik. Türkiyədə solçular elmi və fəlsəfi cəhətdən öldü, bundan sonra isə sağçılar hakimiyyət sahibi oldu. Yoxsa darvinizm yox olmadığı halda, sağçı bir partiya addım belə ata bilməzdi.
Sağ düşüncə, mühafizəkarlıq bizə keyfiyyətsiz həyat təqdim etməz. Sağ düşüncə və mühafizəkarlığı çox yaraşmayan şəkildə şərh edən, ağızı bağlanmayan bir kütlə var. Yaxın Şərq onların idarəsinə keçdiyi üçün bu qaranlıq, çirkli görünüş bir çox yerdə geniş şəkildə müşahidə edilir.