Hörmətli Adnan Oktarın yeni izahları (16 iyul 2012; 23:00)
Arif Şentürk həqiqi incəsənət xadimidir, belə dəyərli insanlar çox az qaldı, dəyərləri bilinmir.
Qiymətli idmançılar və incəsənət xadimləri heç unudulmamalıdır. Xüsusən tarixdə mühüm uğurlar qazanmış güləşçilərimizə sahib çıxılmalıdır.
Çilə əhli olan insanlar mükəmməl sənətçi olurlar. Qaraçılar da buna görə çox yaxşı sənətçidirlər. Qaraçı olmaq şərəfdir, gözəllikdir. Qaraçı, zənci deyildikdə, təhqir kimi başa düşürlər. Qaraçı da, zənci də gözəllikdir. Hamımız hz. Adəmin övladıyıq.
İncəsənət xadimlərinin unudulması, dəyərlərinin bilinməməsi çox acı hadisədir. Bir incəsənət xadimi əsla unudulmaz, həmişə gündəmdə saxlanılmalıdır.
Amerikada incəsənət xadimlərinin Trampa qarşı münasibəti onu seçən milyonlarla insanı heç yerinə qoymaq, hörmət göstərməmək deməkdir. Xalqa hörmət göstərməmək incəsənət xadiminə yaraşmaz. O zaman xalq da incəsənət xadiminə dəstək verməkdən imtina edər, bu daha da böyük qarşılıq olar.
İncəsənət və estetika çatışmazlığı qarışıqlığa, bədbəxtliyə səbəb olar. Xalqın xoşbəxt olmamağı, incəsənət xadimlərinin və qadınların əzilməsi gərginliyə səbəb olar.