Hörmətli Adnan Oktarın 17 iyun 2016-cı il tarixli söhbətindən önəmli başlıqlar
Müsəlman kilsəyə də gedər, sinaqoqa da gedər, məscidə də gedər. Müsəlman sinaqoq və kilsələri qorumaqla məsuldur. Sinaqoq və kilsələr də Allahın evidir. "Oraya girən kafir olar" şəklindəki batil düşüncə çox yanlışdır, müsəlmanlar Allahın evini qoruyarlar.
Kilsələrin bağlanacaq hala gəlməsi narahatedicidir. Kilsələr bağlanacaq hala gəldikdə müsəlmanlar xristianlara sahib çıxsın. Qurana görə sinaqoqlar və kilsələr müsəlmanların himayəsindədir.
Rusiyada dindar pravoslavların, musəvilərin, müsəlmanların olması çox gözəldir. Sinaqoqlar, kilsələrin dolu olması bizi çox sevindirir. Rusiya ilə aramızı vurmağa çalışdılar, Rusiya mediasındakı yazılarımızla Rusiya-Türkiyə dostluğunun güclənməsinə vəsilə olduq.
Mayk Pensin Amerikanın Allahın əmrinə tabe olan bir millət olacağını ifadə etməsi və “Amerikan röyasını” gündəmə gətirməsi çox gözəl açıqlamadır. Bağlanan kilsələri açaraq buna başlaya bilərlər. Sinaqoq, məscid, kilsə bağlanılması normal qarşılanmamalıdır. İbadətgahların açılması bərəkət gətirər.
Allah sinaqoqları qorumağımızı bizə Quranda bildirmişdir. "Musəvilərlə evlənə bilərsiniz" demişdir, onları qorumağımızı söyləmişdir. Mən də Qurana görə məzlum musəviləri müdafiə edərək, sinaqoqları qoruyaraq Allahın əmrini yerinə yetirirəm.
İslamda yəhudilərə nifrət yoxdur, xristianlara nifrət yoxdur. Onlar Quranda Kitab əhli kimi qorunurlar. Sinaqoqlarına və kilsələrinə də düşmənçilik göstərə bilməzsən. Allah Quranda xristian və yəhudi qadınlarla evlənə bilərsiniz deyir. Peyğəmbərimiz (s.ə.v)-in yəhudi və xristian həyat yoldaşları vardı.