Cinayət və nifrətin qarşısını almağın yolu: SEVGİ
Masonluğun əsil məsələsi düşüncə azadlığı, hər kəsin fikrinə hörmət etmək, sülh, qardaşlıq, dostluqdur. Lakin təbiidir ki, hər mason bu keyfiyyətdə deyil. İnsanlara və qadınlara hörmət göstərməyən, incəsənətə, keyfiyyətə əhəmiyyət verməyən cahil insanlar da masonlar arasında ola bilir.
Mehdiyyətin sevgi ruhu hakim olmadan Suriyaya, Yaxın Şərqə və dünyaya sülhün gəlməsi qeyri-mümkündür.
Kommunist yoldaşların sülh və sosial ədalət idealları gözəldir, lakin bu ədalət könüllü qardaşlıq əlaqəsi içində olar, məcbur etməklə olmaz.
Niyə Suriyada uşaq ölsün? Niyə insanlar bir-birini qırsın? Dünyanın hər yeri bomboşdur, genişdir birlikdə rahat yaşayaq. Hər yerdə parklar, bağlar, xəstəxanalar, məktəblər, gözəlliklər inşa edək. Bunu söylədikdə; “olar mı ki?” deyirlər. Sülh çox asandır, olar.
Aparıcı ölkələrin liderləri bir yerə toplansa; “gəlin müharibə üçün pul xərcləmək əvəzinə, yaxşılıq, gözəllik üçün xərcləyək” desələr dərhal qəbul edilər. Təyyarələr, döyüş gəmiləri, bombalar, raketlər emal edilir. Müharibə üçün fövqəladə zəhmət çəkirlər. Bu böyük dəlilikdir. Dostcasına yaşamaq, sülhü təmin etmək çox asandır.
Döyüşmək üçün ağlasığmaz zəhmət çəkirlər. Halbuki bir yerə toplanıb; “nə üçün döyüşürük, gəlin birlikdə qardaşcasına yaşayaq” demək çox asandır. Ən təbii şey sülhdür. Sülh bəzi insanlara lüks kimi gəlir. Döyüş olmasın, insan öldürməyin deyirik, bəziləri buna təəccüblənirlər.