Taha surəsi, 7 (Allah şüur altını əsas götürər, bəla şüur altından qaynaqlanar)
Münafiqlərin daxil olmadığı cinayət növü, etmədiyi ləyaqətsizlik yoxdur. Oğurluqla dolanar, fırıldaqçılıq edər, lakin müsəlmanları islah etmək iddiası ilə ortaya çıxar. Özü ləyaqətsizlik içində üzərkən müsəlmanları düzəltmək istədiyini irəli sürər. (Bəqərə surəsi 11-12: Özlərinə: "Yer üzündə fəsad törətməyin" deyildiyi zaman: "Biz təkcə islah edənlərik" deyərlər. Bilin ki; həqiqətən, əsas fəsad törədənlər bunlardır, lakin dərk etmirlər.)
Mömin imanını qətiyyən itirmək istəməz, bundan çox qorxar. Məhz imanını itirmək istəməməyi, iman əlamətidir. Yoxsa vəsvəsə gələr, düşünər. Lakin şüur altında iman edir. Bir kərə Allaha inanmışdır.
İman, şüur altındakı səmimi imana deyilər. Yoxsa insanın ağlı onsuz da gedib gələr. Yəni ağlından hər cür fikir keçər. Məsələn, bu doğrudurmu, bu yanlışdırmı.. Beyin budur. Beyindəki fikirlər qəribə fırtına kimidir. Bu imanla əlaqəli deyildir. Bunun adı vəsvəsədir. İman kök salmış bir şeydir. Yəni şüur və vicdanla sıx əlaqədə olan, qəlbən gətirilmiş səmimi qənaətə iman deyilər.
Ömür boyu mömin olmuş bir insanın; "Görəsən öləndə imanımı qoruyub saxlaya biləcəyəm?" sualı ilə narahat olması şeytanın vəsvəsədir. Bunu düşünməyə qətiyyən ehtiyac yoxdur. Belə şey olmaz. Yəni əsas məsələ səmimi və şüur altında olan imandır. Yoxsa insanın ağlına çox şey gələ bilər, bunların heç bir əsası yoxdur. Allah buna bütöv formada baxar.
Hz. Mehdi (ə.s) hər kəsin şüuraltında var, bunu qalü-bəladan bilərik.
İntihara qərar vermiş bir insan, üçüncü bəndədir, artıq özü deyil. Ona ALLAHı XATIRLATMAQ LAZIMDIR. Allah o zaman onu "üçüncü mən"dən çıxara bilər. "ALLAH" ADINA, "MƏHƏMMƏD" ADINA QARŞI İNSANIN ŞÜURALTINDA XƏBƏRDAR EDİCİ BİR SİSTEM VARDIR. İnsan dərhal dirilər, üçüncü məndən çıxar.