Dəccalın qurduğu tələ də Allahın idarəsi altındadır
Allah hiylə qurmağa cəhd edənlərin tələlərini başlarına keçirdər və tələyə salar.
Müsəlmanlar əleyhinə edilən hər hərəkət müsəlmanları ucaldar, bu tələləri quranları isə alçaldar.
Kafirlər və münafiqlər müsəlmanlarla mübarizə aparacaq. Əziyyət verəcəklər, böhtan atacaqlar, oyun oynayacaqlar, problem çıxaracaqlar, əleyhinə xəbər hazırlayacaqlar. Allah, bu əziyyətlərinə "fikir vermə" deyir. "Fikir vermə" nə deməkdir? Fərz deməkdir. Təsirə məruz qalmamaq fərzdir, əgər fikir versə, onda harama girər. Belə ədəbsizlərin qurduğu oyunlara fikir verməmək, diqqətə almamaq, əhəmiyyət verməmək fərzdir.
Tələ iki hissədən ibarət olaraq qurulur; tələnin özü və dağılmış halı. Vahid şəkildə, bütöv bir halda yaradılır. Heç vaxt birtərəfli olaraq boşuna tələ qurula bilməz. Məsələn, Firon vardır, Musa (ə.s) vardır. Nəmrud vardır, İbrahim (ə.s) vardır. Dəccal vardır, Mehdi (ə.s) vardır. Dəccal qurulmuş tələdir, Mehdi (ə.s) isə o tələni dağıdandır. Buna görə də narahat olmağa ehtiyac yoxdur.
Məzlum üçün hazırlanan hər tələ Allah tərəfindən pozular. Məzluma xəyanət etmək uğursuzluq gətirər.
Hər bir tələ, oyun pozulmuş olaraq yaradılar. Tələni sən yox, Allah hazırlayar. Eləcə də Allah oyunu pozar. Allah ikisini birlikdə hazırlayar.