Hz. Mehdi (ə.s) heç bir təriqətə bağlı olmayacaq dünya ona bağlı olacaqdır
MEHDİ HEÇ KİMİN, HEÇ BİR DÜŞÜNCƏNİN, HEÇ BİR TƏRİQƏTİN TƏSİRİ ALTINDA OLMAYACAQ
Təriqət və camaatların arasını vurmağa çalışıb, yox etmək istəyənlər var, bu İngiltərə dərin dövlətinin bərbad oyunlarından biridir. İngiltərə dərin dövləti Mərakeş, Tunis, Əlcəzair, Liviya, Suriya, hər yerdə müsəlmanların arasını vurmaq oyununu oynadı, lakin bu, Türkiyədə tutmaz. Təriqətlərin və camaatların arasının vurulması layihəsinə qarşı hər kəs ayıq olsun, müsəlmanlar bir-birlərini sevsinlər, dost olsunlar.
Mehdi dövründə məzhəblər aradan qalxacaq, təriqətlər və camaatlar Mehdiyə bağlanaraq tək bir İslam qalacaq. Mehdidən başqa heç kim bu vəzifəni yerinə yetirə bilməz.
Əvvəlcə "Chatham House"da keçirilən danışıqlar şəffaflaşdırılsın. Üst ağıl deyilən İngiltərə dərin dövlətinin şəffaflığı təmin edilsin. Türkiyə haqqındakı gizli planları ortaya çıxarılsın. Bunları gündəmə belə gətirə bilməyib, İngiltərə dərin dövlətinin oyununun təsiri altında qalaraq təriqət və camaatları hədəf almaq vicdanlı hərəkət deyil.
Məzhəblər və təriqətlər Mehdinin açıq zühur etdiyi dövrdə ləğv olunacaq. İslam tək din olaraq yaşanacaq.
İngiltərə dərin dövlətinə heç bir söz deyə bilməyənlər, günahsız insanların olduğu təriqətləri, camaatları hədəf alırlar, vicdanlı davranmırlar.
Təfsilatlara girsək heç bir Müsəlmanla bağlılığımız qalmaz. Xırdalıqlara girməkdən çəkinmək lazımdır. Belə olduqda məzhəblər, təriqətlər, camaat kimsə bir-birilə görüşə bilməz. Əsas odur ki, Allahın birliyinə inanır, dini İslamdır, Peyğəmbəri haqq olaraq qəbul edir, qibləmiz birdir, cənnətə, cəhənnəmə inanır, bu qədər.