Allah Hər Şeyi əhatə Edəndir
Qəzəb bədənə çox zərərlidir, qəzəb nəticəsində insanın ürək ritmi pozula bilər, təzyiqi yüksələ bilər, beyin qanaması ola bilər. Qəzəblənən insan həm özünə, həm də ətrafına zərər verər. Müsəlman təvəkküllü olur, hər şeyi Allahın yaratdığını bilər və hüzurla hərəkət edər.
Xəstəlik xüsusi yaradılar. Sağlamlıq da, xəstəlik də Allahın sənətidir. Xəstəlik qarşısında mömin təvəkküllüdür. Xəstəlik insanın təkəbbür hərisliyini, özündən razılığını və dünyaya aludə olub Allahı unutma təhlükəsini aradan qaldırar. Xəstəlik Allahın ledün sənəti içində gözəllikdir, cənnətə vəsilə olar.
Biz təvəkkül əhli olaraq Allahın yaratdığı taleyə təslim olmuş bəndələrik. Allah nə istəsə o olar və o xeyir olar.
İsa Məsih tələbələrinə; çəkəcəkləri çətinliklər qarşısında təvəkküllü olmalarını "nə edəcəyik" deyə narahat olmamalarını öyrətmişdir.
Mənim zənginliyim təvəkkülümdür. Nə bankda pulum var, nə də özümə məxsus mal-dövlətim var. Mənim zənginliyim Allahdandır. 40 ildən bəri bir gün belə tətilə getmədim, soyuq da olsa, isti də olsa burdayam. Hər imkanımı təbliğ üçün sərf edirəm.
İnsanların bir hissəsi İslamı qəbul etdikdə küfrdən tam imtina etmir. Küfrdən gələn çirkin yüklərdən tamamilə imtina etmək lazımdır. İyrənc əməl, söz ilişdirmək, sünilik, əhvalın tez pozulması, kədər, təvəkkülsüzlük, küfrdən gələn çirkin yüklərdir. Bunlardan İslamı qəbul etdikdə imtina edilməlidir.
Oktyabr 26 2017, 20:01
Yanvar 05 2016, 08:59