Cənab Adnan Oktarın 12 iyun 2017-ci il tarixli söhbətindən əhəmiyyətli başlıqlar
Uşağın canını yandırmaqla tərbiyə vermək olmaz. Uşaqla uşaq kimi rəftar etmək əvəzinə məntiqli, ağıllı izahat verilsə uşaq doğrunu qəbul edər. Uşaqlara Allahın qulu, təcəllisi olaraq baxmaq, dəyər verib hörmət göstərmək lazımdır. Uşaq özünə hörmət göstərildiyini görsə öyrədilər.
Heyvanlarla uşaqlar arasındakı dostluq ruha çox zövq verir. Heyvanla uşaq arasındakı mehriban, məsum dostluq çox gözəldir.
Heyrətverici şəkildə qadın sevgisində, uşaq sevgisində, insan sevgisində çatışmazlıq görünür. Bu sevgisizlik ruhu mehdiyyətlə aradan qalxacaq.
Atatürk incə düşünmüş, uşaqlar üçün ayrı, gənclər üçün ayrı bayram elan etmişdir. Bu incə düşüncə Atatürkün gənclərə verdiyi dəyəri göstərir.
Uşağın könlünü alaraq, mərhəmət edərək tərbiyə etmək gözəl olandır. Əks halda uşağa şüur altında çox mənfi təsir yaradar.
Uşaqlara mütləq praktik tibb biliyinin də verilməsi əsas şərtdir. Təkcə tibb fakültəsinə gedən deyil, təhsil alan hər kəs təməl bilikləri öyrənməlidir. Uşaqlara mütləq incəsənət təhsili də verilməlidir. Gözəl insan, gözəl məkan, gözəl mühit necə yaradılar, bunlar məktəblərdə öyrədilməlidir.