Dünyadakı zülmün dayanmasını istəyən müsəlmanlar səmimi qəlbdən İslam birliyini arzulamalıdırlar
Şiə, sünni, vəhhabi, hamısı müsəlmandır. Hamısı eyni Allaha iman gətirir, eyni Kitaba tabe olur, eyni Peyğəmbərə aşiqdir. Şeytan nifrətin, döyüşün olmasını istəyir.
Müsəlman xristian, musəvi, vəhhabi, şiə, buddist, hər kəsin xilas olması üçün səy göstərər. Heç kimin həlak olmasını istəməz. Bu Qurana uymaz.
4 məzhəb imamının hamısı Mehdi məsələsində ittifaq edib. Şiə imamları, vəhhabi imamları və əhli-sünnə alimlərinin hamısı ittifaq halındadır.
İran da, şiələr də, vəhhabilər də bizim canımızdır. Hamısı bizim tərtəmiz müsəlman qardaşımızdır.
Sünni, Şiə, Vəhhabi - bunların hamısı bir-birinə bərabərdirlər, eynidirlər. Hamısı qardaşdırlar. Mübarizəyə girişmək düşüncəsizlikdir. İslam Birliyi üçün səy göstərin. Bütün müsəlmanları birləşdirməyə çalışın, bunun təbliğatını aparın, izah edin.
Allah nə deyirsə, Peyğəmbərimiz (s.ə.v) nə deyirsə, səhabələr nə deyirsə o edilsin. Peyğəmbərimiz (s.ə.v)-in dövründə məzhəblər vardı? Hənəfi, Hənbəli, Maliki, Şafi, Şiəlik, Vəhhabilik vardı? Yox idi. Allahın bəla verməməyi üçün, Allahın xalis və həqiqi dininə, Qurana dönülməlidir.