Darvinizmə dəlil göstərilməyə çalışılan bütün kəllə fosilləri saxtadır
Allahın varlığının dəlillərini incə-incə, tək-tək, təfərrüatlı düşünmək əhəmiyyətlidir. Yüzlərlə mövzunun içində boğulmaq deyil, bir mövzunu düşünmək lazımdır.
Allah, möcüzələrini, sənətini yaddaşımızda saxlamağı və onlara heyrət etməyi nəsib etsin. Hər biri, yeri-yerindən oynatmağa kifayət edəcək yaradılış möcüzələridir. Normalda bu möcüzələr qarşısında dünya ayağa qalxmalıdır.
Hökumət məktəblərdə paleontologiya dəlilləri nümayiş etdirsin. Türkiyədə on minlərlə paleontologiya dəlil vardır. Muzeylərdə saxlayırlar. Bunlar insanların görəcəyi şəkildə məktəblərdə, küçələrdə, hər yerdə nümayiş etdirilsin. İnsanlar yaradılışın dəlillərini özləri görsünlər.
Allah diqqətimizi açsın, Özünə daha çox bağlanmağı və sevgimizi yalnız Ona yönəltməyi nəsib etsin. Ağlımızı gücləndirib, Allahın dəlillərini yaddaşımıza həkk edib; şüurlu və səmimi bir şəkildə imanımızı gücləndirib davam etdirsin. İman zəifliyi çox təhlükəlidir, Allah qorusun.
Ancaq elm adamları Yaradanı dərk edə bilir. Qara pərdəyə baxan qara pərdəni görür. Qara pərdəni qaldırmağın asan yolunu da Yaradan bizə göstərmişdir. Bir az diqqət, bir az iradə və vicdan. Dərhal o pərdə qalxar.
Allah yaratdığı dəlillərlə təkamülçülərə sözlərini bir-bir geri götürdür.
May 30 2018, 17:22