Milad gününü qeyd edənə kafir deyilməz. Allah xristianlara kafir demir, Kitab əhli deyir, Kitab əhlindən olan qadınlarla evlənə bilərsiniz deyir.
Müsəlmanlar hər hansı şəkildə yeni ilin və ya hz. İsanın doğumunun qeyd edilməsinin əleyhinə çıxa bilməz. Hz. İsanın doğumu müsəlmanlar üçün də sevinc vəsiləsidir.
Yeni il bayramını sanki böyük fəlakət kimi göstərirlər. Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-in doğum günü oldu, Mövlud qəndili, iftixarla qeyd etdik, qeyd edirik. Hz. İsa (ə.s)-ın doğum günündə niyə bu qədər dəhşətə düşürlər? O da İslam peyğəmbəridir. O da bizim peyğəmbərimizdir.
Bəzi müsəlmanlar ildə bir dəfə xristianların milad bayramını qeyd etməsinə qarşı çıxmağı böyük bir cihad kimi qəbul edirlər. O gün qəhrəmanlıq etməklərindənsə, bütün il boyu təbliğ etsinlər, İslamı izah etsinlər, Quran möcüzələrini izah etsinlər.