Peyğəmbərimiz Mehdi (ə.s)-ı dəstəkləyənlərin Qiyamət günü İslam millətinin ən zadəganları olacağını bildirmişdir
Mömin israrla özünü səthi olmaqdan, alçaqlıqdan qoruyar. Səthi insanların güldükləri şeylər çox keyfiyyətsizdir. Nəcib insan səthilikdən uzaq dayanar. Səthiliyə səthi olaraq qarşılıq vermək müsəlmana yaraşmaz. Müsəlmanın hər rəftarının nəcib olması lazımdır.
Hadisələri hər zaman ağıllı qiymətləndirmək lazımdır. Bəzən insanlar çoxsaylı kütlələrin təsiri altında qalaraq hərəkət edir. Təklikdə nəcib olmaq lazımdır.
Türkcəsini bildiyi halda yad sözlər işlədərək danışmaq alicənab bir insanın üslubu deyil. Bu üslub, ruhən zəif olana təsir edər. Alicənab olmayanlar yad sözlər işlətdikləri vaxt özləri kimi zəif olanlara göstəriş etdiklərini düşünərlər. Halbuki bu göstəriş deyil.
Nəciblik əhəmiyyətli məsələdir. İnsanların ötəriləşdiyi mühit və ya səthi insan, digərlərini narahat edər. Alçaq insan çox zəhlətökəndir. Nəcib insan çox qaneedicidir, nəcib insandan zərər gəlməz. Hətta xalq arasında: "Nəcib yolunu azmaz, bal iy verməz" deyərlər, bu məşhur ata sözüdür. Lakin alçaq, səthi insandan hər şey gözləmək mümkündür. Yaltaqlıq edər, öz mənfəətini güdər, eqoistlik edər. Amma nəcib insan buna tənəzzül etməz.
Sadəliyə sadəliklə cavab vermək müsəlmana yaraşmaz. Müsəlman soylu, zadəgan olmalıdır. İslamı zadəganlığı ilə təbliğ etməlidir. Səbirli olması ilə, hörmətli rəftarı ilə, sadə, iffətli rəftarı ilə diqqət çəkər.
Peyğəmbərdə möcüzə şəklində, heyrətləndirəcək şəkildə bir zadəganlıq olur. Avamda mütləq bir sadəlik olar, az və ya çox sıravilik olar. Bir şeyə yumşaqlıq edər, yəni az da olsa olar. Peyğəmbərdə isə heç vaxt olmur. Peyğəmbər olduğu da oradan aydın olur.