Yengəclər özlərinə uyğun evi ən qısa zamanda necə tapırlar?
Dünyada yolçu olmaq
Deizmin yayılmasının əsl səbəbi Darvinizmdir. Əsas məsələ deizm deyil, Darvinizmdir. Darvinizm, Allahsız, dinsiz ideologiyaların təməlində yer alır. Darvinizmin elmi cavabı verilmədiyi müddətcə, məktəblərdə Darvinizm sanki elmi məlumat imiş kimi uşaqlara öyrədildiyi müddətcə deizmə qarşı tədbir alına bilməz. Darvinist təhsil, Konya kimi şəhərdə belə gənclər arasında deizmin yayılmasına səbəb olur. Daha çox yubanmadan, tez zamanda Darvinist təhsilin dayandırılması, hər yerdə gənclərə yaradılışın elmi dəlili olan fosillərin göstərilməsi, tək bir zülalın belə təsadüfən meydana gəlməsinin qeyri-mümkün olduğunun izah edilməsi lazımdır.
İran və İraq xalqına və dövlətinə başsağlığı diləyirik. Yaralananlara Allah tez zamanda şəfa versin. Zəlzələdə həyatını itirənlər Peyğəmbərimiz (s.ə.v)-in hədisinə görə şəhid hökmündədirlər.
Əgər sıxıntı mineral çatışmazlığı, yorğunluq, az su içmək və ya yuxusuzluqdan irəli gəlirsə, buna qarşı fiziki tədbirləri almaq lazımdır. İmanı səbəbdən irəli gəlirsə insan Allah sevgisini, Allah qorxusunu, təvəkkülünü gücləndirməlidir. O zaman insan tez bir zamanda fərəhlik hiss edər.
Allah qəti var. Bəzi insanlar; "Allahdan əvvəl nə vardı?" deyirlər. Zamansızlığı düşünmədikləri üçün bu sual ağıllarına ilişir. Allah dərgahında əvvəl və sonra yoxdur, tək bir an var. Əvvəl-sonra anlayışları müasir fizikaya görə də yoxdur. Zaman insan üçün yaradılmış anlayışdır. Sonsuz qısa zamanda, yəni bir an içində, sonsuz uzun zaman yaşanıb bitmiş vəziyyətdədir.
Quranda ittifaq yolundan başqa dostlar arasındakı problemlərin həll edilməsi elə də mümkün olmaz. Hər insanın özünə görə fərqli anlayışları var. Lakin Quranda ittifaq edilsə yol düz və doğru olar, münaqişələr aradan qalxar. Hüzurlu dostluq üçün Quranda ittifaq edilməsi əsas şərtdir. O zaman yol heç vaxt dolaşmaz.
İnsan Allah tərəfindən anbaan təqib edilər və anbaan özünə yol göstərilər. İnsan Allahın ilhamı olan vicdanının səsini dinlədiyi zaman rahat və hüzurlu yaşayar.