Allah Peyğəmbərimizi (səv) hər zaman qorumuşdur
PEYĞƏMBƏRİMİZ (SƏV) HZ. MEHDİNİN (ƏS) DƏRİ RƏNGİNİN ZAMANLA QIRMIZILAŞACAĞINI VƏ ZAMANLA AÇILACAĞINI DEYİR
Ən əhəmiyyət veriləcək mövzu darvinizmi elmi olaraq çökdürmək olmalıdır. O zaman dinsizliyin və dəccaliyyətin dinini çökdürmüş olarsan və İslamı çökdürməyə çalışanlara ən təsirli cavabı verərsən.
Münafiq heç bir zaman azad deyil. Allahdan müstəqil deyil. Münafiq, münafiqlik etməsi üçün xüsusi yaradılmış cisimdir. Allahın yazdığı hərəkətlər xaricində heç nə edə bilməz. Yeri də hazırdır, Cəhənnəmdir.
Möminə imtahanın gərəyi olaraq hər zaman çətinlik və əziyyət isabət edər. Bu əziyyətlərin hamısı möminin məqamını yüksəltmək üçündür.
İnsanların bir qismi təvəkkülü səhv bilir. Arxa fonda qaval səsi olur, yaşlı əmi "övladım təvəkkül etməlisən" deyə izah edir. Çarəsizliyin nəticəsində meydana gələn boyun əymiş ümidsiz gözləyişə təvəkkül deyirlər. Elə deyil. Təvəkkül, an-an sənin və hər şeyin Allahın idarəsində olduğunu bilməkdir. Tale elmi mövzudur. Zaman yoxdur. Zaman beynin qəbul etmə formasıdır. Bu, talenin dəqiq texniki həqiqət olduğunun isbatıdır.
Həyat əslində çox asan yaradılmışdır. İnsanlar çətinləşdirir. Allah, nə edəcəyini hər an vicdanına ilham edir. Bu ilhama həmişə əməl edəcəksən. O zaman düz yolda olarsan. Allahın ilhamına hər zaman tamam deyəcək, şeytana da hər zaman xeyr deyəcəksən.
Allaha sədaqət çətin anlarda bəlli olar. Eyni anda 3-5 hadisə ilə qarşı-qarşıya gəldiyi zaman mömin çox güclüdürsə bu çox məqbuldur. Peyğəmbərimiz (s.ə.v) dövründə döyüşdə müsəlmanlar iki istiqamətdən mühasirəyə alınmışdılar. Münafiqlər o zaman; "Allah və Rəsulu haqqında sui-zənn bəsləyirdilər". Nəticədə müsəlmanlar qazandı. Məhz orada şübhəyə qapılanlar məğlub oldu.