Din haqqında zarafat olmaz. Müsəlman axirəti düşünərək, vəfat etdiyi halını düşünərək hərəkət etməklə məsuldur.
Müsəlman dinə, imana dair mövzularda çox diqqətli olmalı və hörmət göstərməlidir. Dini mövzularda zarafat olmaz.
Təkcə insan gözəlliyi deyil, o insanların hörmətcil, nəzakətli, sevgi dolu olması da təbliğdə çox əhəmiyyətlidir. Hz. Süleyman buna diqqət yetirir. Hz. Süleymanın təbliğ mühiti ağır deyil, tam əksinə şən, zarafatcıl, təvazökar bir mühit idi. Hz. Süleyman çox zarafatcıl idi.
Ramazana görə imsaq və iftarla əlaqədar pis-pis zarafatlar edir, pis-pis karikaturalar hazırlayırlar, çox ədəbsiz, hörmətsiz üslub işlədirlər. Günah olar bu etdikləri, çirkin hərəkətdir. Lağ edəcəklərsə, zarafat edəcəklərsə özləriylə əlaqədar etsinlər. İftarla, imsaqla əlaqədar, orucla əlaqədar çirkin karikaturalar, lətifələr müsəlmana yaraşmaz. Bundan uzaq olsunlar.
Din, qüdsi olanlar haqqında zarafat etmək olmaz. İnsanlar gündəlik mövzularda zarafatlar edə bilərlər, amma din haqqında zarafat etmək olmaz. Ölkənin 90 %-nin narahat olduğu bir mövzuda zarafat etmək olmaz.
Allahdan, dindən bəhs edərkən lağ etmək, zarafat etmək olmaz. Din əyləncə mövzusu deyil.