Materialist fəlsəfə kainatın sonsuzdan bəri mövcud olan təsadüfi maddə yığını olduğunu iddia edir. Ancaq XX əsrin elmi kəşfləri bu iddianı qəti olaraq təkzib etmişdir. Müasir elm göstərir ki, kainat «Böyük Partlayış» (Big Bang - Biq Bənq) adlandırılan bir partlayışla bir anda yoxdan yaradılmışdır. Kainatın bütün fikizi nizamı insanın yaşamasına əlverişli tərzdə planlaşdırılmışdır. Allah ulduzların dixilindəki nüvə reaksiyalarından karbon atomunun ya da su molekulunun kimyəvi xüsusiyyətlərinə kimi hər şeyi qüsursuz tərzdə yaratmışdır.