-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Qəlbində xəstəlik olanlar çalışqan, dürüst, səmimi möminlərlə əlaqə qura bilməz. Laqeyd, şikayətçi, Allahı zikr etməyən, qeyri-sabit, möminlərdən uzaq insanlarla birlikdə olmağı üstün tutarlar. Minlərlə nemət vardırsa, əleyhinə olan bir şey vardırsa, onu vurğulayar. Xoşbəxt olacağı minlərlə şey vardırsa, bir dənə anlaya bilmədiyi bir şey vardır, onun üzərində dayanar, ümumi üslubu həmişə mənfidir. Münafiqlərə qibtə etmə, onların xəbərlərini izləmə, şüur altında onların qalib gəlməsini istəmə vardır.
Adnan Oktar
Müsəlmanlar adətən diqqətini qəlbində xəstəlik olana verməz, lakin qəlbində xəstəlik olanlar adətən həmişə münafiqliyə sürüklənərlər. Bunlar əksəriyyətlə Allahı zikr etmək istəməyən, Allah yolunda xidmət etmək istəməyən, antisosial, möminlərdən uzaq dayanan insanlardır. Münafiqliyə sürüklənməyə başladıqları zaman üzlərində xoşagəlməzlik yaranar, insanda depressiyaya düşmə, tək qalma meyli olar və tez-tez ağlama meyli göstərər. Buna görə də, münafiqin çirkli doğuşuna səbəb olacaq hərəkətlərə də diqqət yetirmək lazımdır. Qəlbində xəstəlik olanlar bir-birilərinə güvənərlər, bir-birinin sirrini gizlədər, bir-birini qoruyar və bir-birilərini müsəlmanlar əleyhinə təhrik edərlər. Bunlar əksəriyyətlə passiv tiplərdir. Passivliklə müsəlmanları da passivliyə alışdırmağa çalışarlar. Bir problem olduqda müsəlman əleyhinə danışar, namərdliyə meyllidir dərhal müsəlmana cəbhə alar.
Adnan Oktar
İnsan Allahın fərqinə vardığı andan etibarən digər məsələlərin hamısı əhəmiyyətini itirər. Məktəb, iş, həyatın hər sahəsi zərurətdən ötrü maraqlandığı məsələlər halına gələr. Sonsuz güc sahibi varlıq səni alır, buraya gətirir, yeməyini, içməyini, danışmağını, nəfəs almağını təmin edir. O zaman əsas məsələ nə olar? Səni buraya gətirən olar. Yemək yeyər, lakin ağlı həmişə özünü bura gətirəndə olar. Allahı unudan insanın isə ağlı yox olar, nuru qalmaz, şüuru qapanar. İnsanları anormal hala gətirən Allahı unutmalarıdır. O zaman aqressiv, davakar, sevgisiz olurlar.
Adnan Oktar
Ruhu zəif olan insanlarda Dəccalın hipnoz qüvvəsi üstün gəlir. Dəccal qarşısındakı insanları bu formada maqnetik təsir altına alır, onları idarə edə bilməyə başlayır. Zaman keçdikcə də bu insanlar robotlaşır, Dəccalın bütün əmrlərini sorğu-sualsız yerinə yetirməyə başlayırlar. Dəccal adamlarına; "buranı bombala, burada qarışıqlıq törət" dediyi zaman dərhal edirlər. Lakin üstün xarakterli, güclü ruha sahib, aurası güclü olan şəxslərə Dəccalın təsiri olmur. Məsələn, hz. İsa (ə.s)-ın aurası çox güclüdür, buna görə də, Dəccalın heç bir təsiri olmur. Hz. Mehdi (ə.s)-ın da aurası güclü olduğu üçün Dəccal zərər verə bilmir. Mehdi tələbələrinin də aurası yüksək olur. Allahın onları zər aləmində yaratması, auraları güclü olacaq şəkildə. Buna görə də, Dəccal Mehdi (ə.s) 313 tələbəsinə də qətiyyən təsir edə bilmir. Lakin şeytan və Dəccal münafiqləri çox sürətlə təsir altına ala bilir, ruhları, xarakterləri və şəxsiyyətləri çox zəif və gücsüz olduğu üçün. Papanın bu gün şeytanla bağlı verdiyi açıqlamalar Dəccalın bu təsirindən xəbərdar olduğunun dəlilidir.
Adnan Oktar
Allahın dünyada çox sayda qadın yaratması Allahın möminlərə rəhməti, bərəkəti, lütfüdür. İnsanların yarısının qadın olması Allahdan çox böyük nemətdir. Qadın Allahın ən görkəmli, ən həyəcan verici nemətidir. Allahın ən gözəl təcəllisidir. Allahın Rəhman, Rəhim, Nur və Cəlal adlarının təcəllisidir. Qadın quzu kimi tərtəmizdir. Çox nəzakətli, nazənin varlıqdır. Qadını hər zaman şəfqətlə, mərhəmətlə, hörmətlə dəyərləndirmək lazımdır. Qadın eşqin, ehtirasın qapısıdır. Eşqi ən mükəmməl şəkildə yaşayacağımız, Allahın verdiyi mükəmməl nemətdir. Qadın Allahın təcəllisi olaraq sevilər. Qadını sevmək, qadına heyran olmaq Allahı sevmək, Allaha heyran olmaqdır.
Adnan Oktar