-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Münafiqlərin həmişə əxlaqsızlıq və pislik planlamaları, onlarda böyük stress yaradar. Bədən hüceyrələri o sevgisizliyə, o stressə dözə bilməz və özlərini yeməyə başlayar. Bu səbəblə münafiqlər çox sürətlə çökərlər, yaşlanarlar və qısa müddətdə tanınmayacaq hala gələrlər. Heç bir zaman xoşbəxt ola bilməzlər, ağla sığmaz gərginlik içində yaşayarlar, amma bir tərəfdən də xoşbəxtlik təqlidi edərlər, teatr oynayarlar, o teatr da onları çox yorar və əldən düşərlər. Münafiqlər sonunda qəhrdən pərişan olar ölərlər. Allah ayəsində qəzəbinizlə ölün deyə bildirir. (Ali İmran surəsi, 119: ... De: “Qəzəbinizdən ölün!” ...) Allah başqa ayəsində də münafiqlərə sıxıntılı həyat verəcəyini söyləyir. Bu vəziyyət də onları məhv edər. (Taha surəsi, 124: "Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik”)
Adnan Oktar
Düşüncə tənbəli olan insan ağıllı ola bilməz, dərin düşünə bilməz, belə olduqda da nəşəsi, sevinci gedər, mühakimə qabiliyyəti pozular. Allah ilə həmişə kəskin yaxınlıq və sevgi bağını mühafizə etmək və Allaha həmişə güvənmək, ağılda istiqaməti tam doğru tutdurmağa imkan verir. İnsan o zaman düz, sağlam yolda gedər. Amma bu yolda gedərkən təbii ki, imtahan olacaq. İnsanlar Allahı sevəndə və güvənəndə heç bir çətinliklə qarşılaşmayacaqlarını düşünürlər. Bu doğru olmaz. Allahı sevmək demək çətinliyin aradan qalxması demək deyil. Ən çətin mühitlərdə Peyğəmbərlər olur. Məsələn, Hz. Həmzəni Allah çox sevir amma şəhid olaraq alır, Hz. Əlini də Allah çox sevir amma onu da şəhid olaraq alır. Möminin qarşısına mütləq çətinliklər çıxacaq, imtahanın şərti budur.
Adnan Oktar
Hər cür problemi kökündən aradan qaldırılması üçün darvinist, materialist təhsilin ləğv edilməsi lazımdır. Özünün bir növ heyvan olduğuna inanaraq yetişən biri hər cür pisliyi, iyrənc işlər görməyi, əxlaqsızlığı gözə alar. Pislik olduğunda əlbəttə hüquqi cəzasının verilməsi lazımdır. Ancaq əhəmiyyətli olan pisliyin olmamasını təmin edə bilməkdir. Bu da təhsillə təmin edilə bilər. Allah sevgisi, Allah qorxusu, dünyadan keçmək, eqoizmdən xilas olmaq, sevgi, şəfqət, heyvanlara, bitkilərə, hər şeyə qarşı mərhəmət öyrədilərsə, o insan heç bir cinayət işləməz, əxlaqsızlığa meyl etməz.
Adnan Oktar
Mömin demək dünyanın ən üstün ağla sahib varlığı deməkdir. Müsəlman dedikdə bəzilərinin ağlına müəyyən formada bığı, saqqalı olan, “əziz qardaşım” deyə danışan, gül suyu ikram edən insan modeli gəlir. Mömin həyat dolu, keyfiyyətli, zadəgan, sadə, dərin düşünən, şən, ağıllı, sevgi dolu, mərhəmətli, çağın üstündə müasir olan insandır.
Adnan Oktar