-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Sevginin təməl nöqtəsi şüur açıqlığı və səmimiyyətdir. İnsanın adi, bəsit komplekslərlə boğuşmamısı lazımdır. Beynin saflığını, təmizliyini, itiliyini çox yaxşı qoruması lazımdır. Allahın mövcudluğunu bilmək heyrətamiz sevinc vəsiləsi və rahatlıqdır. Sonsuz Ağla sahib bir varlığın nəzarəti altındasan, səni sevir və sən nə istəsən edir. Bu, çox böyük nemətdir. Əvvəlcə bütün sevginin Allaha yönəldilməsi əhəmiyyətlidir. Sevgini tamamilə Allaha yönəltdiyin zaman, Allah seviləcək insanlar olaraq sənə təcəlli edər. Allah beləliklə sevgini Özünə yönəldəni mükafatlandırar. Diqqətin Allahdan yayınmaması çox əhəmiyyətlidir. Allahı unudub hər hansı insan, cisim, mənfəət, ideoloji cərəyana diqqətin yönəlməməyi lazımdır. Allahın Fatihədə bildirdiyi ən doğru yol, Allahdan diqqətin heç yayınmamasıdır. İnsan ağlı bəzən zəifliyə meyllidir, bir anda sürüşə bilər. Sürüşdüyünü hiss etdiyin anda dərhal toplamaq lazımdır. Heç bir sürüşmə olmadan dümdüz gedildiyi zaman Allah əbədi olaraq sevgi içində yaşadar.
Adnan Oktar
Təvəkkülü artırmağın yolu Allahı heç vaxt unutmamaqdır. Allahı düşünməyin iki cəhəti var. Bir cahil düşünmə forması var, yeməyini yeyər Allaha həmd edər, televiziyada Suriyadakı hadisələri izləyər, lakin bu ona heç təsir etməz. Onu təkcə qızının toyu, ertəsi gün ödəyəcəyi qəbzlər maraqlandırar. Lotereya bileti alar; "Allah bağışlayar" deyib keçər. Məktəblərdə darvinizmin, materializmin öyrədilməsini çox normal qarşılayır, lakin 5 vaxt namazını da qılır. Bir də Allahın mövcudluğunun möhtəşəm güc olaraq dünyaya hakim olduğunu görüb, heyranlıq içində qalıb Allahı diqqətlə təqib etmək vardır. Bunda Allah ilə kəskin diqqətlə əlaqə vardır. Allahın istədiyi də budur. Normal ağlın normal nəticəsi budur. Allah ilə ağıllı əlaqə yaradıldığı zaman insan çox rahat yaşayar. Yorucu olan əxlaqsızlıqdır, adamlıq dinidir. Çünki bunların çoxlu lazımsız qaydaları var. Cahil cəmiyyətin qaydaları, ənənələri, adətləri insanın taqətindən çox üstündür. Dünya həyatı ilə boğuşma da işə düşdükdə bir çox insanın həyatı yaşanmaz hala gələr.
Adnan Oktar
Baş nazirimiz çox dəyərli insandır. Sanki hz. Əli kimi, çox təvazökar, çox məzlum insandır. Üslubu çox dürüst, çox sakitdir, çox səmimi və şəndir. Heç bir dünya hərisliyi yoxdur. Xalqın arasından olan bir insan kimi çox səmimidir. Eynilə Tayyib hocamız da çox gözəl əxlaqlı, çox təvazökar insandır. Tayyib hocamızın üslubunda prezident olduqdan sonra da heç bir dəyişiklik olmadı, rəftarı heç dəyişmədi. Əvvəllər necə idisə, indi də eyni məzlumluqda, eyni təvazökarlıqda, eyni səmimilikdədir. Babaların, nənələrin əllərini öpüb alnına qoyur, xalqımızla diz çöküb yerdə yemək yeyir. Tayyib hocamın vətənə, millətə, davaya zərər ehtimalı olduğu zaman Allah üçün kin bəsləməsi də çox təbii haqqıdır.
Adnan Oktar