-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Müsəlmanın mütləq bir idealı vardır, o da İslam Birliyidir. Bütün dünyaya İslamın hakim olması ən böyük idealdır. Bütün dünyanın döyüşdən, terrordan, anarxiyadan, qarışıqlıqdan, zülmdən azad olması, hüzur, dinclik içində yaşaması, hamının qardaş olması, silahların qalxması, dəhşətin dayanması, dünyanın cənnət kimi olması hər müsəlmanın idealıdır.
Adnan Oktar
Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər mənfəət ümidi ilə Rəsulullah (s.ə.v)-in yanına gəlib namərdcəsinə fəaliyyət göstərir, hər kəsin görmədiyini, başa düşmədiyini zənn edirdilər. 20 il, 175 min 200 saat ərzində İslam üçün xidmət edirdilər. Bir çox qəbilədən çox sayda insan gətirir, evini, atını, pulunu, malını verirdilər. Peyğəmbərimiz (s.ə.v) və müsəlmanları həmişə varlandırırdılar. Bunların qarşılığında da çox böyük mənfəət gözləyirdilər. "Peyğəmbər (s.ə.v) vəfat edəcək hər şey özlərinə qalacaq" deyə düşünürdülər. Lakin gördülər ki, əsas özləri çökürlər, hər şeyləri bitmiş vəziyyətə gəlirlər. Peyğəmbər (s.ə.v) isə hər keçən gün daha da gümrahlaşır, güclənir. O zaman "biz ayrılaq" dedilər. Lakin bütün malını, mülkünü, ömrünü İslam üçün verdikdən sonra, qocalıb, çöküb zəiflədikdən sonra rədd olub gedir. Məhz bu, tarix boyu bütün münafiqlərin axmaqlığıdır.
Adnan Oktar
Sevgi Allah tərəfindən yaradılmış ən güclü instinktdir. Allah ən böyük nemət olaraq, kainatın yeganə məqsədi kimi sevgi deyilən nur yaratmışdır və bu nur bütün kainatı, bütün kosmosu, bütün hüceyrələri, atomları, insanları, heyvanları, bitkiləri, bütün canlıları əhatə etmişdir və yeganə məqsəd halına gəlmişdir. İnsanı ən çox xoşbəxt edən, insana ən yüksək həzzi verən, ən nəcib duyğu sevgidir. İnsanların bu qədər gözəl yaradılmasının, atomlardakı cazibə qüvvəsinin, hüceyrənin daxili quruluşundakı möhtəşəm quruluşun, kainatdakı möhtəşəm həndəsənin məqsədi də sevgidir. Sevgi heyrətamiz həzzdir, heyrətamiz gözəllikdir.
Adnan Oktar