-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Müasir olanın dinsiz olduğuna dair yanlış imic var idi. Bu imici biz aradan qaldırırıq. "Rəsm çəkən, rəqs edən, musiqi dinləyən, əylənən, dekolte geyinən, heykəl sevən dinsizdir. Məzlum, az düşünən, yaxşı təhsil almamış olan, ictimai həyatın içində olmayanlar isə dindardır" deyə düşünürdülər. Hazırda ziyalı, müasir, dərin düşünən, keyfiyyətli və gözəl yaşayanın dindar olduğunu bütün dünya görmüş oldu.
Adnan Oktar
İçkisiz, harama girmədən, tərtəmiz olaraq yeni ilin necə qeyd ediləcəyini bütün dünyaya göstərdik. Müsəlmanın incəsənət, keyfiyyət, sevgi, dostluq, təmizlik, nizam anlayışını bütün dünya gördü. Müsəlman olaraq dünyaya İŞİD-i, Əl-Qaidəni göstərirdilər. Bizim həyatımızla dünyaya İslamın gülən, şən, parlaq, müasir, keyfiyyətli, həyat dolu üzü göstərildi.
Adnan Oktar
Atatürk igid Anadolu dəliqanlısıdır, səmimi müsəlmandır. Atatürkə çirkin şəkildə dil uzadılmasına qanunla, hüquqla icazə vermərik. Atatürkə qarşı olanlar bütün türk millətini, bütün türk gəncliyini qarşılarına aldıqlarını bilməlidirlər. İlahiyyat fakültələrini açdıran Atatürkdür. İmam Hatibləri açdıran Atatürkdür. Quranı türkcəyə tərcümə etdirib, on minlərlə sayda Anadoluya paylatdıran Atatürkdür. Atatürkü tənqid edən bəzi kəslərin Atatürk qədər İslama və müsəlmanlara xidməti yoxdur. Atatürkün zəkası, keyfiyyəti, incəsənət anlayışı, təmizliyi, yaraşıqlığı, hər cəhəti çox gözəl idi. Atatürkdən bütün gözəl cəhətləri ilə həmişə bəhs edəcəyik, həmişə gündəmdə saxlayacağıq. Tayyib hocamın Atatürk sevgisini də qəbul edə bilməyənlər boşuna çalışmasınlar.
Adnan Oktar