-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Dəccaliyyət Yaxın Şərqdə həmişə müharibə və parçalanma istəyir. İran və Türkiyəni savaşdırmaq istədilər, elmlə, irfanla buna mane olduq. Müsəlmanların musəvilər və xristianlarla aralarını vurmağa çalışırlar, buna da imkan vermərik. Qurana görə onlar Kitab əhlidir. Allah Kitab əhlinə nə deməyimizin lazım olduğunu, necə yaxınlaşmağımızın lazım olduğunu Quranda bildirmişdir. Onlar bizə hz. İsa və hz. Musanın əmanətidir. Allahın açıq əmrinə baxmayaraq, Kitab əhlinə hücum etmək, ibadətgahlara zərər vermək, onları təhqir etmək haram olar. (Ənkəbut surəsi, 46: Aralarında zülm edənləri istisna olmaqla, Kitab əhli ilə ən gözəl şəkildə mübarizə aparın və deyin ki; "bizə və sizə nazil edilənə iman gətirdik; bizim ilahımız da, sizin ilahınız da birdir və biz Ona təslim olmuşuq".)
Adnan Oktar
Dəccal yoxdur, amma sən "mən dəccaliyyəti qurutmağa gəldim" deyirsən. Xeyr, savab qazana bilməzsən. Çox cəhd göstərsən də savabı çox az olar. Çətinlik, təhlükə, hücum edənlər olacaq, söyənlər, qışqırıb-çığıranlar olacaq, şərəfsizlər, namərdlər aranı qatacaq. Bir xeyli fitnə, haqsızlıq olacaq, bax onda savab yağış kimi yağar.
Adnan Oktar
Baqqalda, küçədə, avtomobildə, mikro-avtobusda, avtobusda "Allaha şükür" demək, "Allah nə gözəl yaratdı" demək insanlara təbliğ olar. İnsanlar Allahın adını hər yerdə tez-tez eşitsinlər. O unuda bilməz, çox xoşuna gələr, yaddından çıxarmaz. Çünki insan sənətdən, digər işlərindən bəhs edir, başqaları isə dedi-qodu ilə məşğuldur, bir də baxır ki, oradakı insan Allahdan sevgi ilə bəhs edir. Qibtə edər, çox xoşuna gələr. Ona nümunə olar, o da etmək istəyər.
Adnan Oktar
Allahdan, dindən uzaqlaşılsa, Mehdiyyətə, İslam Birliyinə, İsa Məsihin zühuruna əhəmiyyət verilməsə, Allah belə möcüzə yaradar. Hər birinin iqtisadçıları, iş adamları, pul çap edən maşınları, bankları vardır, amma, baxın, iqtisadi böhrandan xilas ola bilmirlər və iqtisadi böhran onları getdikcə məhv edir. Tək qurtuluş Allaha və imana təslim olmalarıdır.
Adnan Oktar
Ağıl gücünü inkişaf etdirmək üçün beynini yormağa ehtiyac yoxdur, sadəcə çox-çox dürüst olmaq və Allaha heç vaxt xəyanət etməmək lazımdır. Gün ərzində Allaha xəyanət etmə məsələləri yarana bilər. Məsələn, başın ağrıyar, yorularsan, gücün çatmaz, birindən pis söz eşidərsən, ayağına bir şey ilişər, müvəffəqiyyətsizliyə uğrayarsan, min cür tərsliklə qarşılaşarsan. İnsan həmişə haşa Allahın bunu niyə etdiyini düşünməsinə vadar edəcək hadisələr yaşayar. Bu imtahan üçün məcburi olan, Allahın bizim sevgimizi çoxaltması üçün yaratdığı nemətlərdir. Əsla nankorluq, tərslik, mənfi düşünmə, bir sözlə, çox böyük ağılsızlıq olar. Əbəs yerə kütləvi nemət itkisinə səbəb olar. Həm dünyada, həm də axirətdə insana çox böyük zərər verər. Allahı heç vaxt tərk etməmək lazımdır. Həmişə müsbət düşünmək lazımdır, çünki Allahın gördüyü hər şey müsbətdir.
Adnan Oktar