-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Dini yaşayan insan istiqrarlı olar, ağlı açılar, bərəkəti artar, həyatı gözəlləşər. Sağlamlıq qazanar, cəsur olar, səbirli olar, mühakimə qabiliyyəti inkişaf edər. Sevginin həqiqi ölçüsünü görər, səthi sevgidən həqiqi sevgiyə keçər insan. Cənnət nemətləri yavaş-yavaş insana verilməyə başlayar. İnsanın sağı, solu, önü, arxası hər yeri xeyir olar. Ruhunda, həyatında bərəkət yaranar. Allah insanı Müqəddəs Ruhla dəstəkləyər. Təbii ki, Allah bu nemətləri insanda hiss edilməyəcək şəkildə yavaş-yavaş artırar. Mömin olmaq dünyanın ən böyük nemətidir.
Adnan Oktar
İslama sadiq olan insan müsəlmanların yanında olar və İslamın yayılması üçün müsəlmanlarla birlikdə səy göstərər. Münafiq müsəlmanların yanından ayrılar, dindən tamamilə uzaqlaşar, lakin bir tərəfdən də kiçik beyni ilə müsəlmanlara ağıl verər. İnsan müsəlmanların etdiyini səhv hesab edirsə; "elə deyil doğrusu budur" deyərək çox güclü təbliğat aparar, darvinizmin əsassızlığını bütün dünyada bildirər, dinsizliyə qarşı elmi mübarizə aparar, kitablar çap etdirər, payladar. Lakin münafiq həm İslam lehinə heç nə etməz, həm də dini tamamilə tərk edər, namaz qılmaz, içki içər əxlaqsız insanlarla birlikdə olar. Müsəlmanların əleyhinə fəaliyyətlər göstərər. Bu halına baxmayaraq da, müsəlmanları öz aləmində tənqid edib ağıl verər.
Adnan Oktar
Münafiqlərin həmişə əxlaqsızlıq və pislik planlamaları, onlarda böyük stress yaradar. Bədən hüceyrələri o sevgisizliyə, o stressə dözə bilməz və özlərini yeməyə başlayar. Bu səbəblə münafiqlər çox sürətlə çökərlər, yaşlanarlar və qısa müddətdə tanınmayacaq hala gələrlər. Heç bir zaman xoşbəxt ola bilməzlər, ağla sığmaz gərginlik içində yaşayarlar, amma bir tərəfdən də xoşbəxtlik təqlidi edərlər, teatr oynayarlar, o teatr da onları çox yorar və əldən düşərlər. Münafiqlər sonunda qəhrdən pərişan olar ölərlər. Allah ayəsində qəzəbinizlə ölün deyə bildirir. (Ali İmran surəsi, 119: ... De: “Qəzəbinizdən ölün!” ...) Allah başqa ayəsində də münafiqlərə sıxıntılı həyat verəcəyini söyləyir. Bu vəziyyət də onları məhv edər. (Taha surəsi, 124: "Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik”)
Adnan Oktar