-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Baqqalda, küçədə, avtomobildə, mikro-avtobusda, avtobusda "Allaha şükür" demək, "Allah nə gözəl yaratdı" demək insanlara təbliğ olar. İnsanlar Allahın adını hər yerdə tez-tez eşitsinlər. O unuda bilməz, çox xoşuna gələr, yaddından çıxarmaz. Çünki insan sənətdən, digər işlərindən bəhs edir, başqaları isə dedi-qodu ilə məşğuldur, bir də baxır ki, oradakı insan Allahdan sevgi ilə bəhs edir. Qibtə edər, çox xoşuna gələr. Ona nümunə olar, o da etmək istəyər.
Adnan Oktar
Dini yaşayan insan istiqrarlı olar, ağlı açılar, bərəkəti artar, həyatı gözəlləşər. Sağlamlıq qazanar, cəsur olar, səbirli olar, mühakimə qabiliyyəti inkişaf edər. Sevginin həqiqi ölçüsünü görər, səthi sevgidən həqiqi sevgiyə keçər insan. Cənnət nemətləri yavaş-yavaş insana verilməyə başlayar. İnsanın sağı, solu, önü, arxası hər yeri xeyir olar. Ruhunda, həyatında bərəkət yaranar. Allah insanı Müqəddəs Ruhla dəstəkləyər. Təbii ki, Allah bu nemətləri insanda hiss edilməyəcək şəkildə yavaş-yavaş artırar. Mömin olmaq dünyanın ən böyük nemətidir.
Adnan Oktar
Dəccal yoxdur, amma sən "mən dəccaliyyəti qurutmağa gəldim" deyirsən. Xeyr, savab qazana bilməzsən. Çox cəhd göstərsən də savabı çox az olar. Çətinlik, təhlükə, hücum edənlər olacaq, söyənlər, qışqırıb-çığıranlar olacaq, şərəfsizlər, namərdlər aranı qatacaq. Bir xeyli fitnə, haqsızlıq olacaq, bax onda savab yağış kimi yağar.
Adnan Oktar