-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
İnsan Allahın fərqinə vardığı andan etibarən digər məsələlərin hamısı əhəmiyyətini itirər. Məktəb, iş, həyatın hər sahəsi zərurətdən ötrü maraqlandığı məsələlər halına gələr. Sonsuz güc sahibi varlıq səni alır, buraya gətirir, yeməyini, içməyini, danışmağını, nəfəs almağını təmin edir. O zaman əsas məsələ nə olar? Səni buraya gətirən olar. Yemək yeyər, lakin ağlı həmişə özünü bura gətirəndə olar. Allahı unudan insanın isə ağlı yox olar, nuru qalmaz, şüuru qapanar. İnsanları anormal hala gətirən Allahı unutmalarıdır. O zaman aqressiv, davakar, sevgisiz olurlar.
Adnan Oktar
Sevgisiz, eqoist, davakar, qorxuducu dünya meydana gətiriblər. Mən bunu istəmirəm. Dünya gözəl olsun, insanlar bir-birini sevsin istəyirəm. Nəzakət, yüksək keyfiyyət, incəsənət, bağışlayıcılıq, mərhəmət təkcə Türkiyədə deyil, hər yerdə hakim olsun istəyirəm. Bu bizim haqqımızdır. Bu bəladan xilas olmaq çox asandır, şeytan axmaqca bir oyun oynayıb insanları bir-birinə düşmən etdi. Əl birliyi ilə bu mənəvi çirkabı təmizləyib atacağıq, Türkiyənin rəhbərliyi altında sevgi dolu dünya yaradacağıq.
Adnan Oktar
Mübahisə, qarşıdurma mədəniyyəti insanın şüurunu bir müddət sonra bağlayar. İnsan ruhunun rahatlamağa, incəsənətə, gözəlliyə, nəşəyə, sevincə ehtiyacı vardır. Gərginliyi azaldan, sevgini təşviq edən sözlər əhəmiyyətlidir. İnsanlar ən çox Allahın sənətini görməkdən zövq alarlar, iman həqiqətlərindən, Allahı sevməkdən güc taparlar. Hər gün yeni düşmənlər icad etmək şüuru dondurur. Bizim yeni düşmənlərə deyil, dostluğa, qardaşlığa ehtiyacımız vardır.
Adnan Oktar