-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Sevgisiz, estetikadan uzaq, baxımsız, dağınıq, əzik, özünə qapanan bir dünya ilə, musiqi yox, sənət yox, demokratiya yox, coşğu yox, həyəcan yox, elə o şəkildə İslam hakim olmaz. Allah belə qorxunc bir sistemi də bizə fərz etməz. Allah belə qorxunc şeyləri bizdən qaldırmışdır. İnsanlar özləri icad edirlər bu qorxunc sistemləri, dəhşət verici sistemləri.
Adnan Oktar
Türk- İslam Birliyinin də qarşısını hal-hazırda heç cür ala bilmirlər hal-hazırda. Amma səy göstərməsəniz, tamamilə passivləşmiş, durğun, varlanmaq, yan gəlib yatmaq istəyən, qorxaq, ürkək, bezgin, idealı iddiası olmayan, axirət inancından şübhəyə düşmüş, qloballaşmağa tapınan, yazıq bir insan birliyini meydana gətirməyə çalışarsınız, buna əsla icazə verə bilmərəm.
Adnan Oktar
İslam Birliyi olarkən qürurla olmaz. "Biz üstünük, böyüyük, alicənabıq, siz bizə tabe olun, biz sizdən üstünük." Belə olmaz. "Biz xidmətçiyik, qardaşsınız, dostsunuz, yoldaşsınız. Sizi yoldaş olaraq qəbul etdik. Sizə xidmətçi olmağa gəldik." Təvazökar, mehriban, xoş niyyətli, dost və qoruyan bir üslub əsasdır. Təkəbbürlə, əzəmətlə olmaz.
Adnan Oktar
İslam Birliyi mühüm məsələdir. İslam Birliyi olmadığı müddətcə Allah heç bir yerdə rahatlıq verməz. Qüdsü xilas edəcək olan da İslam Birliyidir. İslam Birliyi olmadıqda Qüdsün mənası qalmaz. Qüdsün məna qazanması İslam Birliyi ilə təmin edilər. İslam Birliyi olsa, musəvilər, xristianlar, müsəlmanlar birlikdə çox gözəl yaşayarlar. Hər yeri bağlıq, bağçalıq edərik, hz. Süleymanın məscidini yenidən inşa edərik, hz. İbrahimin, hz. İsanın, bütün peyğəmbərlərin ayaqları basdığı yerləri tərtəmiz edərik. Hal-hazırda təkcə münaqişə və döyüş var. İslam Birliyi olsa bu münaqişələrin hamısı bitər. İslam Birliyi olmadığı müddətcə də nə müsəlmanlar, nə musəvilər, nə də xristianlar rahat ola bilərlər. Allahın əmri açıqdır: Fitnə yer üzündən aradan qalxana, İslam əxlaqı hakim olana qədər elmi mübarizə aparın. Ayrılmayın. Ayrılıb dağılmaq haramdır. Birlik olmaq fərzdir. Müsəlmanların mənəvi lider ətrafında birləşməsi Quranın hökmüdür.
Adnan Oktar